17 aprel 2019, Çərşənbə
Peru xəbərləri
- 19 April 2019: Wn/az/Perunun sabiq prezidenti Alan Qarsiya intihar edib
- 24 August 2018: Wn/az/Peruda 7,1 bal gücündə zəlzələ oldu
Perunun yerləşdiyi ərazi
800 min dollarlıq mənimsəmə faktı ilə ittiham edilən sabiq Peru prezidenti Alan Qarsiya evində saxlanılarkən intihar edib.[1] 69 yaşlı siyasətçi yataq otağında özünü başından silahla vurub. Canına qəsd edən keçmiş prezident Lima hospitalında ölüb. [2]
Məhkəmə Alan Qarsiyanın korrupsiya iş üzrə 10 gün müddətinə həbs olunması barədə qərar çıxarıb. Prokurorluğun əməkdaşları orderi sabiq prezidentə təqdim etmək üçün onun Limadakı evinə gəliblər və bu zaman Qarsiya özünə qəsd edib.[3]