Wn/az/Norveç terror aktı

< Wn | az
Wn > az > Norveç terror aktı


23 iyul 2011, Şənbə

Türkiyə mətbuatına istinadən məlumatına görə, paytaxt Osloda nazirlik binasının yaxınlığındakı bir binaya partlayıcı qurğu yerləşdirilib. Binadakı partlayışdan sonra terroristlər Gənclik Düşərgəsinə silahlı basqın ediblər. Polisin məlumatına görə, basqında ən azı 80 nəfər öldürülüb. Bombanın partladığı bina isə ölkənin böyük mətbu orqanlarından olan VG qəzetnin binası olub. İki terror aktında ümumilikdə 87 nəfərin öldüyü rəsmi dairələrdən tərəfindən təsdiqlənib. Norveç polisi terror aktlarını törətməkdə şübhəli bilinən 32 yaşlı bir nəfəri saxlayıb. Anders Behring Breivik adlı şəxs özünü xristian, mühafizəkar və millətçi hesab edir. Gənclik Düşərgəsində öldürülən gənclər Norveçin hazırda iqtidarda olan İşçi Partiyasının gənclər təşkilatının üzvləridir. Düşərgəyə hücum edən şəxs polis paltarında olub.Gənclər düşərgəsinə hücum edən şəxs də yaxalanıb. Onun paytaxtda törədilən partlama ilə də əlaqəsinin olduğu ehtimal edilir. Ölkənin ədalət naziri deyib ki, gənclər düşərgəsinə hücum edən şəxs norveçlidir. Norveç polisi əhaliyə kütləvi halda gəzməməli ilə bağlı xəbərdarlıq edib. Ölkənin müxalifət partiyasının sədri Geir Bekkevold deyib ki, Norveç II Dünya Müharibəsindən sonra ilk dəfə belə olay yaşayır. Terror təşkilatlarından heç biri hadisəni öz üzərinə götürməyib.