Wn/az/Moskvada azərbaycanlılarla çeçenlər arasında kütləvi dava baş verib

< Wn | az
Wn > az > Moskvada azərbaycanlılarla çeçenlər arasında kütləvi dava baş verib

14 fevral 2019, Cümə axşamı

14 fevral 2019-cu ildə tarixində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərindəki kafelərdən birində azərbaycanlılarla çeçenlər arasında kütləvi dava baş verib.

Bu hadisə haqda "5-tv.ru" xəbər portalı məlumat yayıb. Hadisəyə çeçen gəncin mübahisə zamanı bir azərbaycanlını təhqir etməsi səbəb olub. Daha sonra azərbaycanlının dostları həmin şəxsi taparaq döyüblər. Şahidlərdən birinin sözlərinə görə, kütləvi dava da bu hadisənin davamı olub. O bildirib ki, təqribən 100 nəfərdən ibarət çeçen qrup azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesinə gələrək qadınlardan restoranı tərk etməsini istəyiblər, daha sonra dava başlayıb. Hadisə zamanı travmatik tapançadan istifadə edilib. İnsident nəticəsində 10 nəfər xəsarət alıb. Yaşar Əliyevin avtomobili yararsız vəziyyətə salınıb. Polis insidentin 20 iştirakçısını həbs edib.

Bu insidentlə bağlı 1994-cü il təvəllüdlü azərbaycanlı Firuz Natiq oğlu Əkbərov dindirilib. Onun sözlərinə görə, Əkbərov 2018-ci ilin noyabr ayında Azərbaycandan Rusiyaya gəlib və Moskva şəhərində yaşayan tanışlarının evində qalıb. Azərbaycanlı tez-tez "Neolit" restoranına getdiyini bildirib. Firuz Əkbərov deyib ki, 2019-cu ilin fevral ayının 13-də tanışlarından birinin Çeçenistan Respublikasından olan bir qrup şəxslə mübahisəsinin olduğunu öyrənib və bir gün sonra yerli vaxtla 17:00-da həmin restorana gəlib.

14 fevral "Valentin günü" ilə əlaqədar restoranda çoxlu müştəri olub. Firuz Əkbərov "saat 22:30-da 30-40 nəfərdən ibarət qrup restorana gələrək, mebelləri sındırmağa və müştəriləri kafedən çıxarmağa başlayıb. Daha sonra onlardan dörd nəfər mənə yaxınlaşaraq, müşahidə kameralarının yerləşdiyi otağı göstərməyimi istəyib" – deyə məlumat verib.

Rədd cavabı alan şəxslərdən biri Firuz Əkbərovun qarnına təpiklə zərbə vurub. Bundan qorxan 25 yaşlı azərbaycanlı onların istəyini yerinə yetirib. Daha sonra isə həmin şəxslərdən biri cibindən silah çıxarıb və müştərilərdən biri tərəf atəş açaraq, restoranı tərk etmək istəyib. Bu zaman polis əməkdaşları gəlib. Saxlanma zamanı onlar polisə müqavimət göstərərək, üzərilərində gəzdirdikləri silahlardan hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb. Bu zaman xəsarət alan olmayıb.

Aparılan axtarışlar zamanı həmin şəxslərin üzərindən 5 ədəd bıçaq, 2 ədəd "Grand Power K100" travmatik tapançası və "MP 8012T" tapançası aşkar edilib. Faktla bağlı Rusiya İstintaq Komitəsi tərəfindən cinayət işi başlanıb.

Mənbə

edit