Wn/az/Meksikada kütləvi məzarlıqlar aşkar olunur

< Wn‎ | azWn > az > Meksikada kütləvi məzarlıqlar aşkar olunur

14 aprel 2011, Cümə axşamı

Meksika rəsmiləri deyirlər ki, onlar 11 cəsədin dəfn olunduğu növbəti kütləvi məzarlıq aşkar ediblər. Rəsmilər deyirlər ki, Meksikanın şimal-qərbi Sinaloa ştatında doqquz kişi və iki qadının cəsədləri tapılıb. Bundan bir gün öncə hüquq-mühafizə orqanları ABŞ sərhədi yaxınlığındakı Tamaulipas ştatında kütləvi məzarlıqda çox sayda cəsəd aşkar etmişdilər. Müstəntiqlər həmin ərazidə əlavə altı cəsədin aşkar olunduğunu deyirlər ki, bu da ölənlərin ümumi sayını 122-yə çatdırır.

MənbəEdit