Wn/az/Kanadada "Qarabağ" futbol klubu yaradıldı

< Wn‎ | az
Wn > az > Kanadada "Qarabağ" futbol klubu yaradıldı

15 aprel 2019, Bazar ertəsi

Kanadanın Toronto şəhərində bir qrup azərbaycanlı gənc “Qarabağ” adlı futbol klubu yaradıb. İlk olaraq futbol komandasına 20 nəfər azərbaycanlı daxil olub.

Futbol klubunu yaradan gənclər Kanadanın Vaterloo Universitetində təhsil alanda “Qarabağ” adı altında futbol komandası yaradıb və həvəskar kimi çıxışlar ediblər. Artıq yeni yaradılan “Qarabağ” üç mindən çox üzvü olan “Toronto Soccer Connection” təşkilatının tərkibindəki liqaya qoşulub.

"Qarabağ" futbol klubu artıq Torontoda tanınır və indi komandaya Azərbaycan, Türkiyə, Fransa, İrlandiya, Albaniya, Yaponiya və başqa ölkələrdən gələn gənclər də daxildir.

Mənbə edit