BMT-nin İnsan Haqqları Komissiyası Myanma ordusu və hökumətinin planlı olaraq Arakanlı müsəlmanlara qarşı soyqırım həyata keçirdiyi haqqında hesabat yayınlayıb və sosial mediada müsəlmanlara qarşı nifərt suçu işləndiyini vurğulayıb.
- 27 August 2018: Wn/az/Facebook Myanma ordusunun hesablarını bağladı
Hesabatdan dərhal sonra Myanma ordusunun sosial media hesablarını araşdıran Facebook səlahiyyətliləri Myanma ordusunun facebook və instagram hesablarını bağlayıb.
Facebook-dan verilən açıqlamada bildirilir ki, Myanma ordusu sosial media vasitəsilə yalan xəbərlər yayımlayır və bu səbəbdən hesabları bağlanılıb.
Facebook-un sözçüsü Kleyr Vereynqin yazılı açıqlamasında BMT-nin hazırladığı hesabat da daxil olmaqla beynəlxlaq mütəxəssislərin hesabatlarına əsaslanaraq Myanmada insan hüquqlarının ciddi şəkildə pozulduğuna dair sübutların olduğu bildirilib. Açıqlamada Myanma ordusunun Baş Qərərgah rəisi Min Aunq Hlainq də daxil olmaqla şəxslərə aid 18 facebook hesabının bağlandığı bildirilib. Bundan bşaqa 52 ədəd nifrət aşılayan səhifə də bağlanıb. Bununla da Facebook ilk dəfə bir ölkənin hərbi və ya siyasi liderinin hesabını bağlamış olub.
Mənbə
edit