11 mart 2019, Bazar ertəsi
- 11 March 2019: Wn/az/Evində saxladığı şir çexiyalı kişini ölümcül yaralayıb
Çexiyanın şərqində yaşayan bir kişi şiri tərəfindən ölümcül yaralanıb.
Mixal Prasek adlı sakin, saxladığı doqquz yaşlı erkək şirdən başqa cütləşmə üçün başqa bir şir də almışdı. Bu haldan yerlilər narahat olurmuşlar. Mixal Prasekin atası onu ağır yaralı şəkildə şirin qəfəsində tapıb və yerli mediaya bildirib ki, qəfəs içəridən kilidli olub. Ayrı qəfəslərdə saxlanılan heyvanlar hadisə yerinə gələn polislər tərəfindən güllələnib.
Polis sözçüsü yerli KİV-lərə, "yaralını çıxartmaq üçün heyvanları güllələmək məcburiyyətində qaldıqlarını" deyib.
33 yaşlı Mixal Prasek erkək şiri 2016-ci ildə və dişi şiri keçən il alıb. O, heyvanları Zdeçov kəndindəki evinin arxa bağçasında düzəltdiyi qəfəslərdə saxlayırmış. Qəfəs tikmək üçün rəsmi icazə müraciəti ləğv edilən Mixal Prasek daha sonra, qeyri-qanuni heyvan saxlamaq səbəbilə cərimələnib, amma evinə heç kimi buraxmadıqdan sonra onun yerli icra hakimiyyəti orqanları ilə olan konflikti daha kəskinləşib. Çexiyada alternativlər çatışmazlığı olduğu üçün və heyvan zorakılığına dair sübut olmadığına görə heyvanları cənab Prasek-dən zorla almaq da mümkün olmazdı.
Keçən yay gəzinti zamanı dişi şiri bir velosipedçi ilə toqquşan Mixal Prasek haqqında ölkədə eşitməyən qalmır. Polis müdaxiləsindən sonra həmin hadisə nəqliyyat qəzası kimi qeydə alınmışdı. Zdechov kəndinin meri Tomas Kokurek deyib ki, "bu gün baş verən hadisə yəqin ki, bu uzunmüddətli problemi həll edəcək".
Mənbə
edit- Evində saxladığı şir çexiyalı kişini ölümcül yaralayıb — BBC Azərbaycanca, 11 mart 2019
- Ruçira Şarma. Czech man Michal Prasek killed by lion he kept as a pet in his back garden — INews, 6 mart 2019
- Kristina Abellan Matamoros Czech man attacked and killed by lion he kept as pet — Euronews, 6 mart 2019