Elbrus dağında təqribən 31 il əvvəl yüksəkliyə dırmanma zamanı öldüyü ehtimal edilən qadın alpinistin meyiti aşkar edilib.
- 27 August 2023: Wn/az/Rusiyalı qadın qarnında “saatlı bomba” ilə iyirmi il yaşadı
- 4 July 2022: Wn/az/Vladimir Zelenski: Ukraynada hazırda 22 milyon ton taxıl bloklanıb
- 17 March 2019: Wn/az/FİFA dünya çempionatından rekord məbləğdə qazanc götürüb (2018)
- 12 March 2019: Wn/az/Rusiya öz vətəndaşlarına Azərbaycana səfər etməyi məsləhət görmür
- 5 March 2019: Wn/az/Dağıstanın Tissi-Axitli kəndində yanğın baş verib
Bizimyol.info Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kabardin-Balkar və Qaraçay-Çərkəz Respublikası üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Qadının meyitini Elbrusa dırmanan bir qrup turist təqribən 4000 metr yüksəklikdə tapıb və bu barədə xilasedicilərə məlumat verib. İlkn məlumatlara görə, alpinist 31 il əvvəl yüksəkliyə dırmanan zaman ölüb. Meyit təxliyyə olunub”, – deyə idarədən bildirilib.
Qeyd olunub ki, hələ 1987-ci ildə həmin yerdə qar uçqunu səbəbindən 7 nəfərdən ibarət alpinist qrupu həlak olub, o zaman onların meyitlərinin axtarışı uğursuzluqla nəticələnib.
Tapılan meyit Leninqrad sakini 1951-ci il təvəllüdlü Yelena Konstantinovna Bazıkinaya məxsus olub.