15 fevral 2019, Cümə
- 4 July 2022: Wn/az/Vladimir Zelenski: Ukraynada hazırda 22 milyon ton taxıl bloklanıb
- 10 July 2019: Wn/az/Ukrayna ilk dəfə silah istəyi ilə Vaşinqtona müraciət edib
- 15 February 2019: Wn/az/Donbass səfərbərlik üçün hazırlaşır
- 15 September 2018: Wn/az/Aleksandr Zaxarçenko partlayış nəticəsində həlak olub
- 28 August 2018: Wn/az/Ukrayna MDB-dəki nümayəndəliyini bağladı
"Telegram" saytında kanal olan "WarGonzo" verdiyi xəbərə görə, Donetsk Xalq Respublikasının (DXR) Nazirlər Şurasının keçmiş sədri, Donbass Könüllüləri Birliyinin rəhbəri Aleksandr Boroday “Kiyevdən Donbassa hansısa təxbirat gerçəkləşsə könüllülər hərəkatına dərhal fəaliyyət başlayar” deyib.
Boroday Donbass Könüllüləri Birliyi Komandirlər Şurasının iclasında “seçki yarışının ən qızğın vaxtlarında Kiyevdən hər şey gözləmək olar” deyib. O, “Vəziyyət bunu tələb edirsə, biz qısa müddətdə könüllü hərəkatı səfərbər edəcəyik” – deyə açıqlamasını davam etdirib.
Şuranın iclası 2019-cu ilin fevral ayının 15-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilib. İclasda Borodayla yanaşı Rusiya Federasiyasının Prezident müavini Vladislav Surkov da iştirak edib. "WarGonzo" verdiyi məlumata görə, iclasın əsas məqsədi Ukraynada keçirilən prezident seçkiləri kontekstində hərəkət planını müzakirə etmək idi.
Qondarma respublikanın iddiasına görə, 2019-cu ilin fevral ayının 14-də Ukrayna Silahlı Qüvvələrinin (USQ) DXR ərazisini mortirlərlə bombalayıb. DXR rəsmiləri 2019-cu ilin fevral ayının əvvəllərində NATO təlimindən keçmiş Ukrayna təxribatçılarının Donetsk regionunun cənubuna göndərildiyini bəyan edib.
Ukraynadakı prezident seçkiləri 2019-cu ilin mart ayının 31-də reallaşacaq. Ukrayna Respublikasının Prezidenti Petro Poroşenko öz namizədliyini 2019-cu ilin yanvar ayının axırlarında irəli sürüb.
Donbass regionundakı hərbi münaqişə 2014-cü ildə başlayıb. Həmin ilin aprel ayında Ukrayna Silahlı Qüvvələri ölkədə baş vermiş hökumət çevrilişindən sonra öz müstəqilliklərini elan etmiş DXR və LXR ərazilərinə hərbi əməliyyata start verib. BMT-nin verdiyi statistik məlumatlara əsasən, 2014-cü ilin aprel ayından bəri müharibədə 13.000 hərbi və mülki şəxs həlak olmuş, 30.000-ə yaxın şəxs isə yaralanmışdır.
Mənbə
edit- Если Киев нападет, добровольцев в Донбассе мобилизуем мгновенно — Бородай — Ukrayna.ru, 15 fevral 2019
- Донбасс приготовился к мобилизации — Lenta.ru, 15 fevral 2019