31 oktyabr 2011, Bazar ertəsi
- 11 April 2019: Wn/az/Yeni insan növünün qalıqları aşkarlandı
- 31 October 2011: Wn/az/Dünya əhalisinin sayı 7 milyarda çatıb
Dünya əhalisinin sayı bu gün 7 milyarda çatıb. 7 milyardıncı usağın dünyaya gəldiyi Filippin simvolik olaraq birinci ölkə elan edilib. Birləşmiş Millətlər Təşkilatının (BMT) ekspertlərinin dediklərinə görə, Filippinin yeni vətəndaşı Danika Mey Kamaço adlı qız rəsmən dünyanın 7 milyardıncı sakini sayılıb.
Xatırladaq ki, 1999-cu ildə Filippində anadan olmuş Lorris Mey Gevarra dünyanın 6 milyardıncı sakinim sayılmışdı.
BMT-nin hesabatında qadın və kişilər, müxtəlif ölkələr arasında hüquqlar və imkanlar fərqinin böyük olduğu bildirilir. 9 ölkə-Çin, Misir, Efiopiya, Finlandiya, Hindistan, Meksika, Mozambik, Nigeriya və keçmiş Yuqolaviya respublikalarının əhalisi və demoqrafiyasına əsaslanan hesabatda bildirilir ki, 2011-ci ildə dünya əhalisinin 60 faizi Asiya, 15 faizi isə Afrikanın payına düşür. Afrika ölkələrində əhali artımı Asiya ilə müqayisədə iki dəfə artıqdır. Gələn əsrdə Afrika əhalisinin sayının 3 dəfə artacağı gözlənilir.