Wn/az/Barselona-Real oyunu heç-heçə başa çatıb

< Wn‎ | az
Wn > az > Barselona-Real oyunu heç-heçə başa çatıb

AZƏRTAC xəbər verir ki, “Nou Kamp” stadionunda “Barselona” və “Real Madrid” komandaları üz-üzə gəlib. Görüş heç-heçə ilə yekunlaşıb - 1:1. Hesabı 6-cı dəqiqədə qonaq komandadan Lukas Vaskes açıb. 57-ci dəqiqədə isə Malkom meydan sahiblərinin bərabərlik qolunu vurub.

“Barsa”nın kapitanı Lionel Messi 63-cü dəqiqədən sonra oyunda olub. Argentinalı hücumçu La Liqanın ötən turunda “Barselona” ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə zədələndiyi üçün start heyətdə yer almayıb.

Qeyd edək ki, digər yarımfinal matçı bu gün "Betis" və "Valensiya" arasında olacaq. Cavab qarşılaşmaları fevralın 27-28-də keçiriləcək.

Heyətlər edit

"Barselona"

Qapıçılar: Mark-Andre ter Ştegen, İqnasio Penya;

Müdafiəçilər: Nelsen Semedo, Jerar Pike, Kleman Lanqle, Xordi Alba, Tomas Vermalen, Ceyson Murilyo;

Yarımmüdafiəçilər: İvan Rakitiç, Serxio Buskets, Serxio Roberto, Karles Alenya, Arturo Vidal, Artur, Filippe Koutinyo;

Hücumçular: Lionel Messi, Luis Suares, Malkom, Kevin-Prins Boatenq.


"Real Madrid"

Qapıçılar: Keylor Navas, Tibo Kurtua, Dieqo Altube;

Müdafiəçilər: Daniel Karvahal, Serxio Ramos, Rafael Varan, Naço, Marselo, Serxio Reqilon;

Yarımmüdafiəçilər: Toni Kroos, Luka Modriç, Kazemiro, Markos Lorente, Marko Asensio, İsko, Dani Sebalyos, Qaret Beyl, Lukas Vaskes;

Hücumçular: Mariano Dias, Kərim Benzema, Vinisius Junior.

Mənbə edit