Wn/az/Bakı meriyası müxalifətə Nərimanov kinoteatrının qarşısında mitinq keçirməyə icazə verməyib
14 aprel 2011, Cümə axşamı
- 17 February 2025: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 17 February 2025: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 17 February 2025: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 17 February 2025: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 17 February 2025: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
- 17 February 2025: Wn/az/Əkrəm İmamoğlu İstanbulun meri oldu
- 17 February 2025: Wn/az/Aleksandr Lukaşenko Azərbaycandakı prezident seçkilərindən danışdı
- 17 February 2025: Wn/az/Yunanıstanın paytaxtında etiraz aksiyası baş tutub
- 17 February 2025: Wn/az/Suriyada nümayişçilərə qarşı basqılar artır
- 17 February 2025: Wn/az/Yəməndə minlərlə insan nümayiş keçirib
Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın aprelin 17-də "Nərimanov" kinoteatrının qarşısındakı meydanda mitinq keçirməsinə icazə verməyib. Bakı şəhər İcra Hakimiyyəti İctimai Palataya mitinqin Səbail rayonunun 20-ci sahə yaşayış massivində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada keçirilməsini məqsədəuyğun hesab edib
İctimai Palata isə bəyan edib ki, Bakı Şəhər İcra Hakimiyyəti "Nərimanov" kinoteatrının qarşısında mitinqə icazə verməsə, aksiya Sahil bağında keçiriləcək. Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu Amerikanın Səsi radiosuna bildirib ki, Bakı meriyası icazə vermədiyi təqdirdə mitinq aprelin 17-də saat 16-dan 18-dək Sahil bağında keçiriləcək. Mitinqin Sahil bağında keçirilməsi ilə bağlı son qərara isə sabah İctimai Palata tərəfindən təsdiq ediləcək.
Xatırladaq ki, İctimai Palatanın 2 aprel mitinqindən sonra Cinayət Məcəlləsinin ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu hərəkətlərdə iştirak etmə maddəsi ilə on nəfər müxalifətçiyə qarşı cinayət işi başlanıb. Aprelin 15-də isə Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli şahid qismində ifadə vermək üçün istintaqa dəvət olunub.
Mənbə
edit