Wn/az/Azərbaycanda əhalinin su və kanalizasiya xidmətlərinə borcları silinib

< Wn‎ | az
Wn > az > Azərbaycanda əhalinin su və kanalizasiya xidmətlərinə borcları silinib

9 aprel 2011, Şənbə

Azərbaycan prezidenti İlham Əliyev əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 2011-ci il 1 fevral tarixinədək "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə olan 294,2 milyon manat məbləğində borcları silinməsi barədə fərman imzalayıb.

Fərmana görə, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti silinmiş borcun və 2011-ci il 1 fevral tarixindən sonra yaranmış borcun məbləği barədə bildirişi 10 gün müddətində hər bir istehlakçıya göndərəcək.

Prezident hökumətə tapşırıb ki, istehlakçılara göstərilən su təchizatı və kanalizasiya xidmətlərinin dəyərinin tam ödənilməsi və yeni borcların yaranmaması üçün zəruri tədbirlər görsün.

Əlaqəli xəbərlər edit

Mənbə edit