6 iyul 2011, Çərşənbə
- 27 August 2023: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 27 August 2023: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 4 July 2022: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 4 July 2022: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 2 March 2022: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
- 4 September 2018: Wn/az/Cəlaləddin Hakkani ölüb
- 26 August 2018: Wn/az/Əfqanıstanda prezidentə sui-qəsd cəhdi
- 21 August 2018: Wn/az/Əfqanıstan ilə Taliban atəşkəs elan edib
- 4 June 2018: Wn/az/Kabildə dini liderlər və alimlərin toplaşdığı yerdə partlayış törədilib
- 22 September 2011: Wn/az/Əfqanıstanın sabiq prezidenti Bürhanəddin Rəbbani qətlə yetirilib
Yerli vaxtla 5 iyul 2011-ci il tarixində, saat 21:26-da Bakıdan havaya qalxan və iyulun 6-da saat 00:10-da (Bakı vaxtı ilə saat 02:10) Əfqanıstanın Baqram aeroportu yaxınlığında yerə enməli olan Azərbaycanın "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsi ilə əlaqə kəsilib. Eyni zamanda, təyyarənin uçuşunu idarə edən dispetçer Kabil aeroportundan təxminən 25 kilometr məsafədə 4 kilometr yüksəlikdə alov gördüyü barədə məlumat verib. Nəticədə təyyarə radarlardan itib. Bakı-Baqram marşrutu ilə hərəkət edən təyyarənin göyərtəsində Heydər Əliyev adına beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub.
Əlaqə kəsilənədək hava gəmisindən nasazlıq və ya qəza vəziyyəti ilə bağlı hər hansı məlumat daxil olmayıb.
Azərbaycan Mülki Aviasiya Administrasiyasından bildiriblər ki, İL-76 4K-AZ 55 yük təyyarəsinin göyərtəsində 9 nəfər heyət üzvü olub. Təyyarənin kapitanı 1969-cu il təvəllüdlü Kuzmin Sergey Viktoroviç 4576 saat uçuş həyata keçirmiş təcrübəli pilotdur.
Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə hazırlanıb və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.
“Trend” agentliyi "Fars" agentliyinə istinadla yaydığı məlumata görə “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid Əfqanıstan KİV-inə bildirib ki, "Azərbaycan Hava Yolları"nın təyyarəsini “Taliban” vurub.
Mənbə
edit- ƏFQANISTANDA AZƏRBAYCAN TƏYYARƏSİ QƏZAYA UĞRAYIBƏFQANISTANDA AZƏRBAYCAN TƏYYARƏSİ QƏZAYA UĞRAYIB
- “AZƏRBAYCAN HAVA YOLLARI”nın TƏYYARƏSİNİ “TALİBAN”ın VURDUĞU HAQDA MƏLUMAT YAYILIB
- Azərbaycanın yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb
- Azərbaycanın qəzaya uğrayan təyyarəsinin uçuş heyətinin 8 üzvünün cəsədi aşkar edilib