13 aprel 2011, Çərşənbə
- 27 August 2023: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 27 August 2023: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 4 July 2022: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 4 July 2022: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 2 March 2022: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
- 17 April 2019: Wn/az/Əkrəm İmamoğlu İstanbulun meri oldu
- 8 April 2018: Wn/az/Aleksandr Lukaşenko Azərbaycandakı prezident seçkilərindən danışdı
- 2 May 2016: Wn/az/İctimai Palata mitinq keçirməyə cəhd edib
- 2 May 2016: Wn/az/XVI Benedikt: "İnsanlar Allah olmaq iddiasından imtina etməlidir"
- 2 March 2016: Wn/az/Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin başçısı səfir Roland Kobia Azərbaycanın Xarici İşlər Nazirliyinə dəvət olunub. Ona Avropa İttifaqının Azərbaycanda fundamental azadlıqlarla bağlı vəziyyətə dair bəyanatı ilə əlaqədar Azərbaycan hökumətinin narazılığı və təəssüfü çatdırılıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, səfirə bəyanatın qeyri-obyektiv olması, yanlış informasiyalar əsasında tərtib edildiyi bildirilib. “Bəyanat reallıqları əks etdirmir, qərəzlidir. Bəyanat Azərbaycan-Avropa İttifaqı münasibətlərinin mövcud ruhuna ziddir və qəbuledilməzdir. Qarşı tərəfin nəzərinə çatdırılıb ki, Azərbaycan hökuməti demokratik inkişaf prinsiplərinə sadiq qalaraq, üzv olan beynəlxalq təşkilatlar qarşısında öz üzərinə götürdüyü müvafiq öhdəlikləri yerinə yetirir və bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir”.
Avropa İttifaqının Azərbaycanda fundamental azadlıqlarla bağlı vəziyyətə dair bəyanatı aprelin 7-də ATƏT-in Daimi Şurasının iclasında səsləndirilib.
Bəyanatda Avropa İttifaqı Azərbaycanda fundamental azadlıqlara hörmətlə yanaşma sahəsində çatışmazlıqların davam etməsindən, Bakıda aprelin 2-də keçirilən dinc nümayişin sistematik olaraq dağıdılmasından, xeyli iştirakçının saxlanmasından və lazımi hüquqi müdafiə olmadan dərhal inzibati cəzaya məhkum edilməsindən narahatlığını ifadə edib: “Bəzi jurnalistlərin nümayişə dair məlumat vermələrinin və çəkiliş aparmalarının qarşısı alınıb, dörd jurnalist müvəqqəti həbs olunub. Bundan əlavə, müxalifət partiyasının üzvləri nümayiş başlamazdan əvvəl həbs ediliblər və ya ev dustaqlığında saxlanılıblar. Bu dinc hərəkatın həyata keçirilməsi ilə bağlı bəzi şəxslər cinayət pozuntularına görə ittiham ediliblər. Biz Azərbaycanın hakimiyyət qurumlarını bütün əlaqədar şəxsləri dərhal azad etməyə çağırırıq”.
Bəyanatda Avropa İttifaqı Azərbaycanı jurnalistlərin sərbəst fəaliyyət göstərməsinə zəmanət verməyə, onların təhlükəsiz şəraitdə işləmələrinə şərait yaratmağa çağırıb: “Bu kontekstdə “Azadlıq” qəzetinin müxbirləri Seymur Həziyevi martın 26-da, Ramin Dekonu aprelin 4-də naməlum şəxslərin qəddarlıqla döyməsindən narahatıq. Biz birinci hadisəyə dair ATƏT-in media azadlığı üzrə nümayəndəsinin bəyanatını dəstəkləyirik, Azərbaycanın hakimiyyət qurumlarını bu halları ifşa etməyə, jurnalistlərə qarşı törədilən zorakılığın günahkarlarını ədalət mühakiməsinə cəlb etməyə və gələcəkdə bu cür halların qarşısını almağa çağırırıq.
Bu hadisələr sərbəst toplaşma azadlığı, ifadə azadlığı və media azadlığı sahələrində Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəliklərinə ziddir və bunu Astana zirvə toplantısında bütün iştirakçı dövlətlər bir daha təsdiqləyib. Biz ATƏT-in fəaliyyətdə olan sədrinin Bakıya son səfəri zamanı səsləndirdiyi, hər bir demokratik dövlət üçün sərbəst toplaşma azadlığının mühüm olduğuna dair bəyanatını xatırladırıq. Biz Azərbaycanı demokratik islahatları davam etdirməyə çağırırıq”, - deyə sənəddə qeyd edilir.
Mənbə
edit