Wn/az/Avropa Şurası Latviyanı ciddi nəzarətə götürüb

< Wn | az
Wn > az > Avropa Şurası Latviyanı ciddi nəzarətə götürüb

Latviya çirkli pulların yuyulması ilə apardığı mübarizənin zəifliyi və aşağı göstəricilər səbəbindən Avropa Şurasının nəzarətinə götürülüb. Bununla bağlı "Moneyval" monitorinq mərkəzi hesabat hazırlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənəddə Latviyada nəzarət mexanizminin gücləndirilməsinin vacibliyi qeyd olunur. Əks təqdirdə çirkli pulların dövriyyəsinə nəzarətin zəifliyi kütləvi qırğın silahlarının yayılması və terrorun maliyyələşdirilməsinə gətirib çıxara bilər. Hesabat müəllifləri bu sahə ilə bağlı müvafiq qurumların ciddi fəaliyyət göstərməli olduğunu vurğulayıblar. Buna görə də Latviya gələn ildən başlayaraq 2022-ci ilədək gördüyü işlər barədə Avropa Şurasına hesabatlar təqdim edəcək.

Ölkə rəhbərliyi məsələ ilə bağlı açıqlama verib. Bildirilib ki, ekspertlərin rəyi doğrudur və Latviya hökuməti bu istiqamətdə fəaliyyətini gücləndirəcək.

Mənbə

edit