Wn/az/Artur Rasizadə Kiyevdə Metsamor AES-in təhlükə mənbəyi olduğunu vurğulayıb

< Wn | az
Wn > az > Artur Rasizadə Kiyevdə Metsamor AES-in təhlükə mənbəyi olduğunu vurğulayıb


20 aprel 2011, Çərşənbə

Metsamor AES

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə aprelin 19-da Kiyevdə olub. Çernobıl Atom Eelektrik Stansiyasında baş vermiş qəzanın 25 illiyinə həsr olunmuş sammitdə iştirak edən baş nazir çıxışında deyib ki, texnogen fəlakətin nəticələrinin aradan qaldırılmasına qatılan 8 min azərbaycanlı öz sağlamlığını itirib.

AzərTAc-ın məlumatına görə, Artur Rasizadə Ermənistandakı Metsamor Atom Eelektrik Stansiyasının seysmik təhlükəli zonada yerləşən bir obyekt kimi Türkiyə, İran, Gürcüstan və Azərbaycan üçün çox böyük təhlükə mənbəyi olduğunu vurğulayıb. O, dünya birliyini artıq dağıdıcı zəlzələlərin baş verdiyi Ermənistandakı AES-in bağlanmasına kömək etməyə çağırmışdır.

Mənbə

edit