Wn/az/Anjelika Volçkova dünyasını dəyişib.

< Wn‎ | azWn > az > Anjelika Volçkova dünyasını dəyişib.

Rusiyanın əməkdar artisti, "Müasir Pyeslər Teatrının" aktrisası Anjelika Volçkova dünyasını dəyişib. Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, aktrisa ağır xəstəliyə tab gətirə bilməyib.

Əməkdar artistlə vida mərasimi sabah teatrda keçiriləcək. Qohumlarının qərarı ilə aktrisa doğma yurdu Penzada dəfn olunacaq. Azərbaycan tamaşaçılarına "Muxtarın qayıdışı" serialından yaxşı tanış olan aktrisa, həmçinin "Londonqrad" və "Qromovlar" serialarında maraqlı obrazlar yaradıb.

MənbəEdit