Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz regionuna üç günlük səfəri başlayır. O, Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək və bu ölkələrin rəhbərlikləri ilə danışıqlar aparacaq.
Almaniya xəbərləri
- 26 November 2019: Wn/az/İbrahim Tatlısəsi Almaniyaya apardılar
- 6 August 2019: Wn/az/Adolf Hitlerin evinin sahibəsinə 810 min avro kompensasiya ödəniləcək
- 11 February 2019: Wn/az/Futbol üzrə Almaniya kubokunun dörddə bir final mərhələsinin püşkü atılıb (2018–2019)
- 24 August 2018: Wn/az/Angela Merkeldən Azərbaycan qazı haqqında açıqlama
- 23 August 2018: Wn/az/Angela Merkel Cənubi Qafqaza gəlir
Almaniyanın yerləşdiyi ərazi
Almaniya hökumətindəki mənbələrin məlumatına görə, rəsmi Berlin regionun siyasi və iqtisadi inkişafında maraqlıdır. Yayılan məlumatlara görə, Angela Merkelin avqustun 25-nə Bakıya nəzərdə tutulan səfəri zamanı Xəzər dənizindən hasil olunan təbii qazın Avropa İttifaqına nəqlinin artırılması imkanları əsas müzakirə mövzularından biri olacaq. Məsələ ondadır ki, Cənub Qaz Dəhlizi layihəsinə ciddi maraq göstəriən Almaniya istəyir ki, Avropa bu boru xətti ilə həmçinin Türkmənistan və İran qazını ala bilsin.