Wn/az/Ancelina Coli Türkiyədə Suriya qaçqınlarının vəziyyəti ilə tanış olacaq

< Wn‎ | az
Wn > az > Ancelina Coli Türkiyədə Suriya qaçqınlarının vəziyyəti ilə tanış olacaq


16 iyun 2011, Cümə axşamı

Hollivud aktrisası, BMT-nin xoşməramlı səfiri Ancelina Coli Suriya qaçqınlarının vəziyyəti ilə tanış olmaq üçün Türkiyəyə səfər edəcək.

Səfərin cümə günü başlayacağı bildirilir. Ancelina Colinin Türkiyə-Suriya sərhəddində çadır şəhərciyinə baş çəkəcəyi gözlənilir.

Suriya silahlı qüvvələrinin ölkənin şimalında Cisr əl-Şuqur şəhərində yerləşməsindən sonra minlərlə insan zorakılıqlardan qorxaraq, qonşu Türkiyəyə pənah gətirmişdir.

Dünyanın böhranlı bölgələrinə səfərlər edən Ancelina Coli 2001-ci ildən BMT-nin Qaçqınlar agentliyinin xoşməramlı səfiridir.

Mənbə edit