Wn/az/35 yaşlı bir məhkum Budapeşt Regional Məhkəməsindən qaçıb və polis tərəfindən qətlə yetirilib
15 fevral 2019, Cümə
"Index" xəbər portalının verdiyi xəbərə görə, 15 fevral 2019-cu il tarixində 35 yaşlı bir cinayətkar Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində yerləşən Budapeşt Regional Məhkəməsində hökmü çıxarıldıqdan sonra — günorta vaxtı oradan qaçıb. Şəhərdə düz otuz altı dəqiqə davam etmiş polis təqibindən sonra polis işçilərinin birinin cinayətkar odlu silahdan atəş açması nəticəsində həlak olub.
Budapeşt Regional Məhkəməsindən verilən bir açıqlamaya görı, 35 yaşlı kişi onsuz da vandallıq və ictimai narahatlıq cinayətlərinə görə həbs edilmişdi. Bir il və bir ay müddətinə həbs cəzası alan cinayətkar hökmü çıxarıldıqdan çox keçməmiş onu qandallayan mühafizə işçisi ilə dalaşıb və onun silahını götürüb. Ayaqları qandallanmış fərari məhkəmə zalından çıxaraq bir mühafizə xidməti işçisini əsir götürüb və onu məhkəmə binasından çıxana qədər başına silah dayayaraq özü ilə sürüyüb. Məhkəmə binasında baş vermiş insidentdə xəsarət alan olmayıb.
Küçəyə çıxdıqdan sonra fərari əsiri azad buraxıb və yoldan keçən bir sürücünü dayanmağa vadar və onun sürdüyü avtomibilin arxa oturacağına minib. Hadisənin şahidləri cinayətkarın boz rəngli bir "Nissan" markalı avtomobil ilə qaçmağa cəhd göstərib. O, əlindəki silahı sürücüyünə dayayıb və onu hadisə yerindən qaçmaqda kömək etməyə məcbur edib.
Budapeşt şəhər polisi dərhal ağır fəaliyyətə başlayıb. Polislər Arpad körpüsündə nəzarət nöqtəsi qurub və oradan keçən bütün avtomobilləri yoxlayıb. Bəzi mənbələrə görə, əməliyyatda 50-dən çox polis avtomobil iştirak edib.
Budapeşt şəhər polisi cinayətkarın oğurladığı avtomobili məhkəmə binasından təxminən 10 kilometr uzaqlıqda dayandırıb. 35 yaşlı kişi avtomobildən enərək başqa bir avtomobilin arxa oturacağına minməyə cəhd göstərib, ancaq həmin avtomobil sürücüsü avtomobilindən enərək fərari ilə dava etməyə başlayıb. Sürücü daha sonra yerli mətbuat orqanlarına verdiyi müsahibədə fərari haqda “onun gözlərində bədəməl görünüş var idi. Mən bunu heç vaxt unutmaram” deyib.
Bu hadisədən sonra cinayətkar piyada şəkildən qaçmağa çalışıb və əlindəki odlu silahla təsadüfi yerlərə atəş açıb. Polis bir neçə xəbərdarlıq atəşi açıb, ancaq cinayətkar onlara məhəl qoymayıb. Daha sonra bir şəhər polisi işçisi 35 yaşlı kişiyə atəş açıb. O, dərhal xəstəxanaya göndərilib. Onun vəziyyəti ağırdır.
Mənbə
edit- Kovaç Zoltan Fugitive shot and captured after pursuit through Budapest — Index.hu, 15 fevral 2019