Wn/az/İstanbulu iki şəhərə bölmək planı açıqlanacaq

< Wn | az
Wn > az > İstanbulu iki şəhərə bölmək planı açıqlanacaq


21 aprel 2011, Cümə axşamı

Avropa və Asiyanın qovuşuğunda yerləşən İstanbul iki şəhərə bölünəcək. Bu barədə, Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan aprelin 20-də jurnalistlərə bildirib. Baş nazir planı İstanbul əhalisinin çoxalması ilə əlaqələndirib. Onun sözlərinə görə, yaxınlarda əhalinin sayı 17 milyona çatacaq.

Ərdoğan planın detallarını aprelin 27-də açıqlayacağını vurğulayıb. O qeyd edib ki, ideya hakim Ədalət və İnkişaf Partiyasının Türkiyə Respublikasının yüz illiyinə yönəlik “Starategiya-2023” seçkiqabağı proqramının bəndlərindən biridir.

İstanbulun bölünməsi planı Türkiyədə mübahisələr doğurur. Memarlıq Palatasının rəhbəri Əyyub Muhcu Ərdoğanın arqumentinə qarşı çıxaraq bildirib ki, şəhərin bölünməsi əhalinin sayının 25-30 milyona çatmasına gətirib çıxaracaq.

Mənbə

edit