Wn/az/İndoneziyada zəlzələ qurbanlarının sayı 563 nəfərə çatdı

< Wn | az
Wn > az > İndoneziyada zəlzələ qurbanlarının sayı 563 nəfərə çatdı

İndoneziyanın Lombok adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 563 nəfərə çatıb.

Bu barədə ölkənin Sosial məsələlər və təhlükəsizlik nazirliyinin rəsmisi Harri Hikmət bildirib.

Təbii fəlakət nəticəsində yaralananların sayı 7 mini ötüb. Ümumilikdə 75 min ev dağılıb, 450 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Xatırladaq ki, 7 bal gücündə zəlzələ avqustun 5-də baş verib.

Hazırda axtarış-xilasetmə işləri davam edir. Qurbanların sayının artacağı ehtimal olunur.

Mənbə

edit