Wn/az/Alimlər Peto paradoksunun səbəbi tapmağa yaxınlaşıblar

< Wn‎ | az
Wn > az > Alimlər Peto paradoksunun səbəbi tapmağa yaxınlaşıblar

Çikaqo Universitetinin alimlərinin apardığı araşdırmalar fillərdə xərçəng xəstəliyinin nadir hallarda rast gəlinməsinin səbəblərini aşkarlayıb.

Afrika fili.

Canlı orqanizmlərdə hüceyrələrin sayının xərçəng riski ilə düz mütənasib olmalı olduğu halda, fil və balina kimi canlılarda insanlardan daha az xərçəngə rastlanması Peto paradoksu kimi xarakterizə olunur. İnsanlarda xərçəng 11-25 % hallarda rast gəlindiyi halda, fillərdə bu nisbət 5 %-dən aşağıdır. Alimlər sözügedən araşdırmaya qədər paradoksun səbəblərini tapmaqda çətinlik çəkirdilər.

Aparılan araşdırmada TP53 adlı genin bunun səbəbkarı olduğunu göstərdi. Sözügedən gen fillərdə DNA zədələnməsini aşkarlayır və qarşısını alır. Başqa canlılarda 2 ədəd olmasına baxmayaraq fillərdə onların sayı 20-dir.

Alimlər yeni kəşfin xərçəng xəstəliyinin müalicəsində kömək edəcəyini düşünürlər.

Mənbə edit