Venesiya - İtaliyada yerləşən məşhur şəhər.
Şəhər haqqında
editVeneto vil. və Venesiya əyalətiniinzibati mərkəzi. Bir-birindən 150 kanalla ayrılan 118 adada salınmışdır. Adalar arasında 400-ə qədər körpü var. Venesiyanın memarlığı Venesiya respublikasının ən yüksək inkişaf dövründə (14 əsr-16 əsrin əvvəlləri) formalaşmışdır. Zəngin bəzəkli kilsələr, dəbdəbəli fasadlı saraylar, yüngül körpülər, ətrafında 3-4 mərtəbəli evlər tikilmiş ensiz, dolanbac küçələr Venesiyaya ecazkar görkəm verir. Müqəddəs Mark kilsəsi (829-832; 1073-95 illərdə yenidən tikilmişdir) Venesiyanın ən gözəl memarlıq abidəsidir.
Venesiyanın sənaye-liman hissəsi isə materikdədir. Burada gəmi təmiri və gəmiçilik, əlvan metallurgiya, kimya, neft emalı, elektrotexnika və yüngül sənaye inkişaf edib. Burada şüşədən istehsal olunan bədii məmulatlar (Murano adası, muzey), krujeva (Burano adası), mozaika da dünyada məşhurdur. Venesiyada universitet, konservatoriya, muzeylər (o cümlədən İncəsənət Akademiyasının qalereyası), teatrlar var. Məsələn, ilk açıq opera teatrı (1637-1812), "Feniçe" Opera Teatrı (1792) tanınmış sənət ocaqlarındandır.[1]
Həmçinin bax
edit- Venesuela - Venesiya şəhərinin şərəfinə adlandırılıb.