Moqadişo — Somalinin paytaxtı, ən iri şəhəri və əsas limanı, onun maliyyə, mədəni və sənaye mərkəzi. Şəhər yerli dildə Xamar adlanır.
Şəhərin əhəmiyyətli məkanlarıEdit
- Somali Milli Teatrı
- Qaresa Muzeyi
- Somali Milli Kitabxanası
- Somali Milli Universiteti
- Moqadişo Universiteti
- Benadir Universiteti
- Moqadişo stadionu
NəqliyyatEdit
Yol nəqliyyatıEdit
Moqadişoda mikroavtobuslar ictimai nəqliyyatın ən işlənən növüdür. Şəhərində növbəti ən çox istifadə olunan ictimai nəqliyyat vasitəsi avtomatik rikşalardır. Rikşalara ümumiyyətlə qısa yollar üçün üstünlük verilir. 2013-ci ilin iyun ayından şəhərdə iki taksi xidməti fəaliyyət göstərir.
Hava nəqliyyatıEdit
Ədən Adde Beynəlxalq Aeroportu 1990-ci ildə vətəndaş müharibəsi zamanı dağıntıya məruz qalmışdır. Ədən Adde Beynəlxalq Aeroportundan Somalinin bir neçə şəhərindən başqa, Cibuti, Ciddə və İstanbula reyslər mövcuddur.
Su nəqliyyatıEdit
Moqadişo portu və ya Moqadişo Beynəlxalq Portu, ölkənin ən böyük limanıdır.