Masallı rayonu — Azərbaycan Respublikasında rayon, inzibati mərkəzi Masallı şəhəridir.
Masallı rayonu Lənkəran ovalığı və qismən Talış dağlarında cəmlənmişdir.
İnzibati-ərazi bölgüsü
editƏhalinin orta sıxlığı — 158 nəfər kv/km. Ən böyük kəndləri: Boradigah, Ərkivan( artıq qəsəbədir) və Mahmudavardır. Digər kəndlər: Binə Xocavar, Qızılaküçə, Bağlaküçə, Zeynoba, Həsnəküçə, Abaslı, İsaoba, Göllü, Ramazanlı, Bədirli, Cəbili, Əlihəsənli, Allahyarlı Şərəfə, Bambaşı, Hacıtəpə, Həsənli, Qızılağac, Təzə Alvadı, Kalinovka, I Yeddioymaq, II Yeddioymaq, Qasımlı, Köhnə Alvadı, Təzəkənd, Kürdəbaz, Qarğalıq, Qədirli, Hüseynhacılı, Xallıcallı, Bala Təklə, Təklə, Şıxlar, Ərəb, Musaküçə, İsgəndərli, Sığdaş, Ninəlov, Kolatan, Alışanlı, Zuvandlı, Hişkədərə, Kubin, Xırmandalı, Rudəkənar, Xıl, Çaxırlı, Sığıncaq, Köçəkli, Əhmədli, Sərçuvar, Lürən, Kosakül, Gəyəçöl, Tatyanoba, Yeyənkənd, Xəlfələr, Güllütəpə, Böyük Xocavar, Səmitxan, Seybətin, Ətçələr, Mollaoba, Sirəbil, Aşurlu, Eminli, Qızılavar, Pələnküçə.