Kayseri — Türkiyənin Mərkəzi Anadolu regionunda yerləşən böyük sənayeləşdirilmiş şəhər. Kayseri ilinin inzibati mərkəzi. Şəhər, struktur olaraq beş böyük ilçə, Qocasinan, Məlikqazi və 2004-cü ildən bu yana Hacılar, İncəsu və Talas, bunlarla yanaşı 11 kiçik ilçə, Ağqışla, Bünyan, Dəvəli, Fəlahiyyə, Özvətən, Pınarbaşı, Sarıoğlan, Sarız, Tomarza, Yəhyalı olmaqla ümumilikdə 16 ilçədən ibarətdir.[1][2][3]
Kayseri, hündürlüyü 3916 metr olan Ərciyəs dağının ətəyində yerləşir.[4] Şimal və şimal-qərbdə Yozqat, şimal-şərqdə Sivas, şərqdə Qəhrəmanmaraş, cənubda Adana, cənub-qərbdə Niğdə, qərbdə Nevşəhər ilə sərhəddir.[5] Kayseri antik dövrlərdə Kappadokiya adlanan tarixi bölgənin bir hissəsi olmuşdur. İpək yolu üzərində yerləşən şəhər, coğrafi mövqeyinə görə daim düşmən işğallarına məruz qalmışdır. Həmçinin, bölgə bir çox sivilizasiyaların beşiyi olmuşdur.[6][7]
Səlcuq sivilizasiyasının və memarlığının ən orijinal əsərlərini özündə cəmləşdirən şəhər, vizual və tarixi zənginliyə malik Kapuzbaşı şəlalələri və yeddi gölü ilə təbii gözəlliklərə sahibdir.[8][9] Şəhərdə alpinizm, ovçuluq, göl, isti bulaq və qış turizmi inkişaf etmişdir.[10][11] İnfrastrukturun inkişafı, marketinq və reklam fəaliyyətlərinə xüsusi diqqət yetirməklə bu potensialdan daha çox istifadə olunur. İllər keçdikcə daha da məşhurlaşan şəhər, yerli və xarici ziyarətçilərlə daim inkişaf edir.[12][13] 1990-cı illərin ortalarında təqribən 150.000-ə yaxınlaşan turist sayı 2005-ci ilə nisbətən təxminən 100%-lik artım ilə 300.000-ə çatmağı bacarmışdır.[14] 2010-cu ildə Kayserini ziyarət edən turistlərin sayı 287 min nəfər olmuşdur. Onlardan 50.500 nəfəri xarici, 236.500 nəfəri isə yerli turist olmuşdur.[15][16][17] Turist ziyarətləri adətən günlük olur. Bunun səbəbi isə ziyarətçilərin çoxunun yüksək inkişaf etmiş turizm infrastrukturuna sahib olan Kappadokiya bölgəsində qalmasıdır. Kayseridə ilk beşulduzlu otel olan Hilton Otel 2002-ci ildə açılmışdır.[18] 469 yataq tutumu ilə şəhərin turizminə böyük töhfə vermişdir. Lakin, 2019-cu ildə otel, ABŞ şirkəti olan Uindham-Qrend tərəfindən satın alınaraq adı dəyişdirilmişdir.[19][20][21] Ərciyəs dağındakı Grand Eras və Dedeman otelləri ilin beş ayında (dekabr, yanvar, fevral, mart, aprel) fəaliyyət göstərir.[22][23] Şəhərdə turizm fəaliyyət sertifikatına sahib olan 13 yaşayış obyekti var. Bununla yanaşı, Kayseridə 35 turizm agentliyi fəaliyyət göstərir.[24] Şəhərdə turistik əhəmiyyət daşıyan bəzi mədəniyyət abidələrinə Kaniş kurqanı, Erkilet tumulusu, İlanlıdağ tumulusu, Herakl türbəsi, Beştəpələr tumulusu və Kayseri qalası aiddir.[25][26][27][28] Vilayət sərhədləri daxilində Doğanlı, Soğanlı və Ərdəmli kimi bir çox yeraltı şəhər və qayalıq yaşayış məntəqələri var.[29] Turizmin inkişafı məqsədilə şəhərdə üç turizm inkişafı kooperativi yaradılıb.[30] Bu kooperativlərin təsis məqsədləri təbii, tarixi, arxeoloji və sosial-mədəni turizm dəyərlərinin və digər turizm potensialının inkişafına kömək etmək və turistlərin turizm ehtiyaclarını ödəməkdir.[31] Onlardan ən böyüyü Soğanlıda fəaliyyət göstərir.[32][33][34]
-
Müqəddəs Məryəm Kilsəsi
-
Assuriya ticarət lövhəsi
-
Hunat Hatun mədrəsəsi
İstinadlar
edit- ↑ Kayseri'nin İlçeleri Neler Ve Hangi Bölgede? Kayseri'de Gezilecek Ve Tarihi Yerler (tr). Yoxlanılıb 2 iyul 2020.
- ↑ Kayseri ilinin ilçeleri listesi (tr). Yoxlanılıb 2 iyul 2020.
- ↑ Kayseri'nin İlçeleri (tr). Yoxlanılıb 2 iyul 2020.
- ↑ Erciyes Dağı (tr). Yoxlanılıb 2 iyul 2020.
- ↑ Kayseri'nin Komşu İlleri (tr-TR). Yoxlanılıb 2 iyul 2020.
- ↑ Kayseri'den geçen İpek Yolu (tr). Yoxlanılıb 2 iyul 2020.
- ↑ İpek Yolu'nun 778 yıllık incisi: Karatay Kervansarayı (tr). Yoxlanılıb 2 iyul 2020.
- ↑ ERCİYES DAĞI (KAYAK MERKEZİ) (tr). Yoxlanılıb 4 avqust 2020.
- ↑ Erciyes'e Rekor Ziyaretçi (tr) (22 yanvar 2018).
- ↑ Turizm (tr). Yoxlanılıb 4 avqust 2020.
- ↑ Erciyes, sezonu 2 milyonun üzerinde ziyaretçi ile kapatacak (tr-TR) (17 aprel 2019). Yoxlanılıb 4 avqust 2020.
- ↑ Turizm ve Kayseri (tr). Yoxlanılıb 4 avqust 2020.
- ↑ Başkan Büyükkılıç: Yabancı ziyaretçi sayısını artırmayı amaçlıyoruz (tr) (23 dekabr 2019). Yoxlanılıb 4 avqust 2020.
- ↑ KAYSERİ İL KÜLTÜR VE TURİZM MÜDÜRLÜĞÜ (tr). Yoxlanılıb 4 avqust 2020.
- ↑ 2018 Yılı Ziyaretçi Sayıları (tr). Yoxlanılıb 4 avqust 2020.
- ↑ EKİM 2018 Turist Ziyaretçi Sayıları (tr). Yoxlanılıb 4 avqust 2020.
- ↑ Erciyes, sezonu 2 milyonun üzerinde ziyaretçi ile kapatacak (tr-TR) (17 aprel 2019). Yoxlanılıb 4 avqust 2020.
- ↑ Hilton Oteller Zincirinin En Güçlü Halkası, Kayseri Hilton Oteli Barı (tr). Yoxlanılıb 4 avqust 2020.
- ↑ Kayseri`de Hilton`un yerine gelen otel belli oldu (tr). Yoxlanılıb 4 avqust 2020.
- ↑ KAYSERİ HİLTON’UN ADI DEĞİŞTİ (TR) (10 yanvar 2019). Yoxlanılıb 4 avqust 2020.
- ↑ Hilton tabelası indi, ABD'li turizm devinin tabelası asıldı | Turizm Ajansı | Turizm Haberleri | Turizm Gazetesi (tr) (31 dekabr 2019). Yoxlanılıb 4 avqust 2020.
- ↑ Grand Eras Erciyes Otel | Kayseri Erciyes | Gençaystar Turizm (tr). Yoxlanılıb 4 avqust 2020.
- ↑ Kayseri Otelleri (tr). Yoxlanılıb 4 avqust 2020.
- ↑ Kayseri şehrinde turizm ve istatistikleri (tr). Yoxlanılıb 4 avqust 2020.
- ↑ Kayseri’da gezilecek en iyi 10 yer (tr). Yoxlanılıb 4 avqust 2020.
- ↑ Kayseri Gezilecek Yerler | Kayseri'de Görmeniz Gereken 18 Yer (tr) (3 aprel 2018). Yoxlanılıb 4 avqust 2020.
- ↑ KAYSERİ'DE BİR KAŞIĞA 40 MANTI SIĞDIRMALI HAFTA SONU PROGRAMI (tr-TR) (28 noyabr 2017). Yoxlanılıb 4 avqust 2020.
- ↑ Kayseri Gezilecek Yerler - Tarihi Mekanlar (tr). Yoxlanılıb 4 avqust 2020.
- ↑ Kayseri Yeşilhisar - Doğanlı Köyü ve Yeraltı Şehri (Gördeles) (tr). Yoxlanılıb 4 avqust 2020.
- ↑ İmar ve Şehircilik Şube Müdürlüğü (tr). Yoxlanılıb 4 avqust 2020.
- ↑ Forum Kayseri'nin ziyaretçi sayısı 1 milyona ulaştı (tr) (30 dekabr 2011). Yoxlanılıb 4 avqust 2020.
- ↑ Tarihi mahallenin geçim kaynağı 'Soğanlı Bebeği' (tr) (4 yanvar 2020). Yoxlanılıb 4 avqust 2020.
- ↑ Soğanlı Bez Bebekleri - Kayseri (tr). Yoxlanılıb 4 avqust 2020.
- ↑ YEREL BİR KÜLTÜR ÜRÜNÜ ÖRNEĞİ: SOĞANLI BEBEKLERİ (tr). Yoxlanılıb 4 avqust 2020.