Eri (Pensilvaniya) — ABŞ-ın Pensilvaniya ştatının şimal-qərbində yerləşən şəhər. Eri şəhəri Pensilvaniya ştatının ən böyük 4-cü şəhəridir. Erinin metropolis bölgəsində 280 min, urbanizasiya bölgəsində isə 195 min nəfər yaşayır. Eri şəhəri Eri əyalətinin inzibati mərkəzidir.
Eri şəhərinin yaxınlığında Buffalo, Klivlend, Pittsburq kimi şəhərlər yerləşir. Milyonlarla turist Presk Ayl Ştat Parkını ziyarət edir. 1972-ci ildə şəhər Amerika Şəhər mükafatını qazanmışdır.
İqlimi
editŞəhər Klivlenddən Sirakuz və Uotertauna qədər uzanan Qar kəmərində yerləşir. Buna uyğun olaraq Erinin qışları soyuq keçir, amma arabir mülayim havanın yaranması yığılmış qarın əriməsinə səbəb olur. Eri rütubətli kontinental iqlim zonasında (Köppen iqlimi) yerləşir. Şəhərdə bir çox iqlim hadisələri yaşanır: yağış, qar, buz, ildırımlar, duman. Şəhərin göl kənarındakı mövqeyi yay istisinin azalmasına kömək edir. İlin ancaq 3,8 günündə havanın temperaturu 32 °C-ni keçir. Eridə ən yüksək temperatur (38 °C) 25 iyun 1988-ci ildə qeydə alınıb. Eridə ilin 2,5 günündə havanın temperaturu -18 °C-dən aşağı düşür. Şəhərdə ən aşağı temperatur isə (-28 °C) 19 yanvar 1994-cü ildə və 16 fevral 2015-ci ildə müşahidə olunub.
Eri "The Dailiy Beast" xəbər portalına görə Eri ABŞ-ın 6-cı ən qarlı yeridir. Eridəki əlverişsiz qış şəraiti 1986-cı ildə USAir Flight 499-un Eri Beynəlxalq Hava Limanına təcili eniş etməsinə, 50 avtomobilin I-90 yolunda qalmasına səbəb olmuşdur.
Necə getməli
editEri şəhəri ABŞ ştatlararası avtomagistralı ilə əlaqələnib. Bostondan Sietla qədər uzanan I-90 avtomagistralı boyunca Eri şəhərinin 6-cı çıxışı yerləşir. Eri şəhəri Qərbi Virciniyaya və Pitsburqa qədər davam edən I-79 avtomagistralının şimal dayanacağıdır. "Cənub avtomagistralı" kimi də adlandırılan I-86 avtomagistralının qərb dayanacağı Eri ilə Nort İst arasındakı I-90 avtomagistralı üzərində yerləşir. I-86 avtomagistralı Nyu Yorkdan Birqemptona qədər davam edir. Bayfront avtomagistralı isə Harbokrikdə I-90 avtomagistralından başlayıb Bayfront park yoluna və şəhərin işgüzar hissəsinə qədər uzanır, şəhərin şərqi boyu davam edərək qərbdə I-79 yolu ilə birləşir. Şəhərdəki əsas küçələr 12-ci, 26-cı, 38-ci küçələr, eləcə də Piç küçəsidir. Piç küçəsi şimal dayanacağı Eri şəhərində yerləşən və Meksika körfəzinə qədər uzanan US 19 avtomagistralının bir hissəsidir. Şəhərdəki digər əhəmiyyətli avtomagistral Suyolu kimi də tanınan PA 5-dir. Bu avtomagistral boyunca 6-cı, 8-ci, 12-ci küçələr və İst Leyk yolu yerləşir. Şəhərdən US 20 avtomagistralı da keçir. Ştat küçəsi tərəfindən şəhər qərbə və şərqə bölünür.
Təyyarə ilə
editEri Beynəlxalq Hava Limanı (IATA kodu: ERI; IACO kodu: KERI) şəhərin 5 km qərbində yerləşir və ümumi aviasiyaya, çarterə və hava yolu xidmətinə malikdir. "United Airlines" vasitəsilə Çikaqo O'Hare Beynəlxalq Hava Limanına, "US Airways" vasitəsilə Filadelfiya Hava Limanına, "Delta Air Lines" vasitəsilə Ueyn Əyalət Hava Limanına birbaşa reyslər həyata keçirilir.
Eri Limanı Presk Ayl körfəzində yerləşir. Eri-Qərbi Pensilvaniya Liman Qurumu yay aylarında şəhərin işgüzar hissəsində Azadlıq parkı ilə Dobbins körpüsü arasında su taksisi xidməti verir.
Qatarla
editSərnişin qatarları xidməti ilə Amtrak məşğul olur. Eri şəhərində ən böyük vağzal 14-cü küçədə yerləşən vağzal İttifaq vağzalıdır.
Avtobusla
editEri Mitropolit Tranzit Qurumu "e" adlandırılan şəhər avtobus sisteminə nəzarət edir. Şəhər avtobusları həftənin yeddi günü xidmət göstərir, həftədə iki dəfə isə əyalətin bəzi bölgələrinə səyahətlər həyata keçirir. Şəhərlərarası avtobuslar Buffalo, Pitsburq və Klivlend şəhərlərinə səyahət edirlər və xidmət "Greyhound Lines" tərəfindən idarə olunur. Buffalo və Klivlendə səyahətlər "Coach USA" tərəfindən də həyata keçirilir. Hər iki qurum avtobus xidmətinə 2002-ci ildə açılan və Holland küçəsində yerləşən İntermodal Nəqliyyat Mərkəzindən nəzarət edir.
Görməli yerləri
editEri şəhərinin Eri gölünün sahilində yerləşməsi bütün il boyunca insanlar açıq havada istirahət etməsinə zəmin yaradır. Şəhərin ən böyük və ən məşhur parkı Presk Ayl Ştat Parkıdır. Bu parkı ildə 4 milyondan çox insan ziyarət edir.
Eri şəhərinin işgüzar hissəsi Təbii Milli Mənzərə olan Presk Ayl Ştat Parkı ilə əhatə olunub. Böyük göllər suyolu Erinin işgüzar hissəsinin içindən göl sahili boyunca uzanır. Presk Ayl Ştat Parkının yaxınlığında yerləşən Tom Ric Ekologiya Mərkəzinin sahəsi 650 m2-dır.
Turistlərin ziyarət etdikləri digər yerlərə isə Bayfront Konvensiya Mərkəzi, ən yuxarı mərtəbəsindən Eri gölünün göründüyü İkiyüzillik qüllə, Erinin işgüzar hissəsində yerləşən Dobbins körpüsü, Eri mayakı və "Niagara" gəmisinin sərgiləndiyi Eri Dəniz Muzeyi aiddir. Milkrik şəhərətrafı qəsəbəsində, Piç küçəsində yerləşən və sahəsi 240.000 m2 olan Millcreek Mall ABŞ-ın ən böyük ticarət mərkəzlərindən biridir. Splash Lagoon akvaparkı ABŞ-ın şərqində ən böyük, ABŞ-da isə ən böyük 3-cü akvaparkdır. Presk Ayl Ştat Parkında yerləşən Uoldemar parkı Pensilvaniyanın ən qədim 4-cü, ABŞ-ın isə ən qədim 10-cu əyləncə parkıdır.
İncəsənət və mədəniyyət
editŞtat küçəsindəki Qədim gömrükxanada yerləşən Eri İncəsənət Muzeyi şəhərin əsas incəsənət qalereyasıdır. Kolleksiyasında əsasən xalq incəsənəti və müasir incəsənət nümunələrinə rast gəlmək olar. Erinin işgüzar hissəsində yerləşən tarixi və təmtəraqlı Uorner teatrından silsilə tamaşalar keçirilir. Burada həmçinin ABŞ-ın ən qədim 3-cü teatrı olan və əyalətin ən məşhur teatrlarından biri olan Eri teatrı yerləşir.
6-cı Qərb küçəsində şəhərin varlı təbəqəsi yaşayır. Bu küçə boyunca XIX əsr Viktoriya dövründən qalma imarətlər yerləşir. Con Hill evi Eridə ən görkəmli iqamətgahlardan biridir. Mayak küçəsində Eri mayakı yerləşir. Bu mayak 1818-ci ildə tikilib və 1867-ci ildə indiki yerinə yerləşdirilib.
Dobbins körpüsü yaxınlığında yerləşən İkiyüzillik qüllə 1995-1996-cı illərdə şəhərin ikiyüzillik yubileyi münasibəti ilə tikilib. 57 metrlik hündürlüyə malik bu qüllədən Eri gölünü və şəhərin işgüzar hissəsini rahat görmək mümkündür. Bu qüllənin şərqində Blasko kitabxanası və Eri Dəniz Muzeyi yerləşir.