Almaniya (alm. Deutschland) və ya rəsmi adı ilə Almaniya Federativ Respublikası (alm. Bundesrepublik Deutschland) — Mərkəzi və Qərbi Avropada yerləşən federativ parlament respublikasıdır.[1] Şimaldan Baltik və Şimal dənizləri, cənubdan Alp dağları, Boden gölü və Yuxarı Reynlə əhatə olunmuşdur. Ölkə Danimarka, Polşa və Çexiya, Avstriya və İsveçrə,Fransa, Lüksemburq, Belçika və Niderland ilə həmsərhəddir.Nüfüzu təxminən 83 milyondur ki,bu da avropanın ən böyük (Rusiyadan sonra) nüfuzudur.Almaniya həm də ABŞ dan sonra dünyada ən çox köç edilən ölkədir.
Qədim tikililər, intibah dövrü mədəniyyəti, məşhur saraylar, muzeylər, qalereyalar, Berlin divarının qalıqları, Reyxstaq və başqa məkanlar bu ölkənin zəngin tarixini əks etdirir. Hələ XVIII əsrdən başlayaraq Drezden, Münhen, Veymar və Berlin kimi şəhərlər avropalıların əsas turizm mərkəzlərinə çevrilmişdi.[2] Şimalda və Baltik dənizi sahilində kurort və spa mərkəzləri isə XIX əsrin sonu - XX əsrin əvvəlində inkişaf etməyə başlamışdı. İki dünya müharibəsinin əsas səbəbkarlarından olmuş Almaniyada 50-ci illərdən etibarən turizm daha da genişləndi. Əcnəbiləri bu ölkəyə cəlb edən çoxsaylı tarixi-mədəni yerlərlə yanaşı, həm də gözəl təbiət məkanlarıdır. Ölkədə 14 milli parkı, 14 qoruq və 98 təbiət parkı mövcuddur.[2]
Əyalətlər və paytaxtları
edit
|
İstinadlar
edit- ↑ Mangold, Max, ed. (2005). Duden, Aussprachewörterbuch (German) (6th). Dudenverlag. 271, 53f. ISBN 978-3-411-04066-7.
- ↑ 2.0 2.1 http://www.anl.az/down/meqale/medeniyyet/2014/may/372203.htm