Wy/az/Əlcəzair

< Wy‎ | az
(Redirected from Wy/az/ALG)
Wy > az > Əlcəzair

Əlcəzair - Şimali Afrikada ölkə. Şimalında Aralıq dənizi sahili var. Şimal-qərbdə Mərakeş, şimal-şərqdə Tunis, şərqdə Liviya, cənub-şərqdə Niger, cənub-qərbdə Mali, qərbdə MavritaniyaQərbi Saxara ilə həmsərhəddir. 2011-ci ildə Cənubi Sudanın Sudandan ayrılmasından sonra Əlcəzair Afrikadakı ən böyük ölkə oldu. Birləşmiş Millətlər Təşkilatının İnsan İnkişafı İndeksinə görə kontinental Afrikada ən inkişaf etmiş ölkədir.

Bölgələr edit

 
Əlcəzairin bölgələri
Mərkəzi Əlcəzair
paytaxt ətrafında metropol ərazisi
Saxara Atlası
yüksək düzənliklər içərsində dağ sırası
Saxara Əlcəzairi
ölkənin cənubundakı böyük səhra
Şimal-qərbi Əlcəzair
Əlcəzairin qərbindəki dağlıq sahil zonası
Şimal-şərqi Əlcəzair
Əlcəzairin şərqindəki geniş dağlar və yüksək düzənliklər


Şəhərlər edit

  • Annaba - Tunis sərhədində, ölkənin şərqində 200 min əhalisi olan bir şəhər.
  • Batna
  • Beşar - kiçik şəhər, Mərakeş sərhədinə yaxın.
  • Əlcəzair - təxminən 3 milyon əhalisi ilə Əlcəzairin paytaxtı, ölkənin siyasi və mədəni mərkəzi.
  • Konstantin - daxilindən kanyon keçən və Əlcəzairin üçüncü böyük şəhəri.
  • Oran - Əlcəzairdən sonra ölkənin ən böyük ikinci şəhəri, müstəmləkə vaxtın bir çox görkəmli binalara malik olduğu üçün əlcəzairli tərəfindən "ikinci Paris" adlandırılır.
  • Setif - Kabiliyanın mərkəzi, kifayət qədər mülayim temperatura və qışda mövsümü qar yağışlarına malikdir.
  • Tamanrasset - Cənubda ən böyük şəhər və Saxara və Axaqqar dağlarına ekspedisiyalar üçün başlanğıc nöqtəsi.
  • Timimun - Səhra gəzintiləri üçün yaxşı bir baza təşkil edən kiçik Saxara vahə qəsəbəsi.

Digər istiqamətlər edit

  • Timqadda Roma qalıqları - Batna kənarında.
  • El-Ued - qübbəli arixterkturaya malik və Saxaranın ən böyük ikinci dyun düzənliyi olan Böyük Şərqi Erq yaxınlığı.
  • Hippon - Annabadan 2 km şimalda, Xristianlığın ilk dövrünə aid Roma hamamları və forumunun yaxşı qorunub saxlanıldığı qədim Numidiya şəhəri.
  • Mzab vadisinin fantastik arxitekturası.
  • Tassilin-Addjer

Anlamaq edit

Əlcəzair uzun fransız müstəmləkəçiliyi tarixinə sahibdir. Dərin yaralar qoymuş qanlı müharibədən sonra məşhur 1 noyabr 1954-cü il inqilabında öz müstəqilliyini qazandı.

Elektrik edit

Rəsmi olaraq 220V 50 Hz.

Getmək edit

  Viza məhdudiyyətləri:
Ərəb Liqasının İsraili boykot etmək səbəbi ilə İsrail vətəndaşlarıİsraildən möhür və / və ya vizası olanlar imtina edilir.

Giriş tələbləri edit

Liviya, Malayziya, Mali, Mavritaniya, Mərakeş, Qərbi Saxara, Seyşel adaları, TunisYəmən vətəndaşları istisna olmaqla bir çox millət üçün viza tələb olunur. Viza verilməsi bir müddət vaxt (1-2 həftə) tələb edə bilər.

Təyyarə ilə edit

 
Əlcəzair giriş möhürü
  • Huari Bumedene Hava Limanı (ALG IATA) Bir çox böyük Avropa hava yolları (Lufthansa, British Airways, Air France, Iberia, Alitalia, TAP Portugal, Turkish Airlines) Əlcəzairə gündəlik uçuşlar həyata keçirir, ancaq bəzi uzun marşrutlar da var (Pekin, Montreal, Doha).

Böyük Britaniyadan Barselona və ya Madrid vasitəsilə uçuş birbaşa uçuşdan daha ucuz ola bilir.

ABŞ-dan Əlcazairə ən ucuz yol London (British Airways), Paris (Air France) və ya Frankfurt (Lufthansa) vasitəsi ilə həyata keçirilir.

Milli hava yolu Air Algerie Avropada, xüsusilə də Fransada, həmçinin Afrika və Yaxın Şərqdəki müxtəlif istiqamətlərə uçur. Əlcəzairdən Air Algerie vasitəsi ilə xidmət edilən bütün istiqamətlər : Abican, Alikante, Bamako, Barselona, Bazel, Berlin, Beyrut, Brüssel, Cenevrə, Dakar, Dəməşq, Dubay, Frankfurt, İstanbul, Kasablanka, Qahirə, London, Madrid, Milan, Montreal, Moskva, Niamey, Paris, Pekin, Roma, Tripoli, Tunis.

Qatarla edit

Əlcəzair dəmir yolu şirkəti SNTF adlanır və biletlər qatar stansiyalarından alına bilir. Onlayn sifariş artıq mümkün deyil; tariflər dəyişdirilə bilir; ən yaxşı yolu qatar stansiyasından soruşmaqdır. Şimaldakı şəbəkə sıxdır. Sərhəd buraxılış məntəqəsində qatarı dəyişdirməklə Tunisdən Əlcəzairə gedə bilərsiniz. Mərakeş ilə olan bütün sərhəd məntəqələri hazırda bağlanır.

Əgər mümkündürsə daha rahat və iqlimə nəzarət olunan yeni qatarlardan istifadə edin.

Avtomobillə edit

Liviya 16 dekabr 2012 tarixində "müvəqqəti olaraq" Əlcəzair ilə sərhədi bağlayıb. Sərhədin yenidən açılacağı vaxt məlum deyil.

Əlcəzairə avtomobillə getmək üçün ən real və ən etibarlı yol Tunis sərhədindədir. Mavritaniya və Mali sərhədləri bəzi təhlükəsizlik problemləri mövcuddur və Mərakeş sərhədi bağlıdır. Qeyd edək ki, Əlcəzairə Nigeriyadan və ya Tunisin cənubundakı Tauzar sərhəd məntəqəsindən daxil olmaq istəyirsinizsə Saxara marşrutu boyunca sizi müşayiət edən bələdçi ilə rəsmi müqavilə bağlamağınız lazım gələcək, əks halda polis sizin avtomobilinizlə Əlcəzairə girməyinizə icazə verməyəcək.

Əgər şimalda Tunis sərhəd məntəqələrindən Əlcəzairə girmək istəyirsinizsə heç bir problem yoxdur. 2017-ci ilin iyul ayına olan məlumata əsasən Mərakeş sərhədi hələ də bağlıdır.

Qayıq ilə edit

Ümumiyyətlə qiymətlə uçuşdan bahalıdır, buna görə də avtomobiliniz yoxdursa təyyarədən istifadə etməyə çalışın. Əlaqələrin çoxu Algerie Ferries tərəfindən təklif olunur.

İspaniyadan:

  • Alikantedən Əlcəzair və Orana
  • Almeriyadan Qazavata
  • Barselonadan Əlcəzair və Orana

Fransadan:

  • Marseldən demək olar ki, Əlcəzairin bütün limanlarına (Annaba, Skikda, Becya, Cicel, Əlcəzayir, Oran)

İtaliyadan:

  • Napolidən Tunisə və 1 saatlıq yol qət edin
  • Romadan (Çivitavekkya) Tunisə və 1 saatlıq yol qət edin

Ətarfı gəzmək edit

Əlaqə edit

Mobil telefon əlaqəsi edit

Əlcəzairdə 3 əsas mobil xidmət var - Mobilis, Djezzy and Ooredoo.

İnternet əlaqəsi edit

Yeganə internet provayder şirkəti müvafiq olaraq 1600 DA-dan 7200 DA müqabilində 1 mbps-dən 20 mbps-ə qədər sürətə malik müxtəlif ADSL xidmətləri təklif edən Algerie Telecomdur, həmçinin 4G LTE mövcuddur, lakin sürət çox yavaşdır və periferik ərazilərdə xidmət qənaətbəxş deyil.