Ağcabədi rayonu-Azərbaycanda bir rayon.
Yaşayış məntəqələri
editAğcabədi şəhəri
Hindarx qəsəbəsi
Yuxarı Qiyaməddinli kəndi
Ağabəyli kəndi
Aran kəndi
Arazbar kəndi
Aşağı Avşar kəndi
Avşar kəndi
Bala Kəhrizli kəndi
Bilağan kəndi
Boyat kəndi
Böyük Kəhrizli kəndi
Boyat kəndi
Cəfərbəyli kəndi
Dəlmətala kəndi
Gələbədin kəndi
Hacılar kəndi
Hüsülü kəndi
Hacıbədəlli kəndi
Xocavənd kəndi
İmamqulubəyli kəndi
Kəbirli kəndi
Göyük kəndi
Kürdlər kəndi
Qaradolaq kəndi
Qaravəlli kəndi
Qaraxanlı kəndi
Mehrablı kəndi
Minəxorlu kəndi
Mirzəhaqverdili kəndi
Muğanlı kəndi
Nəcəfqulubəyli kəndi
Pərioğlular kəndi
Poladlı kəndi
Rəncbərlər kəndi
Salmanbəyli kəndi
Sarvanlar kəndi
Şahsevən kəndi
Şahsevən Təzəkənd kəndi
Sarıcalı kəndi
Şənlik kəndi
Şotlanlı kəndi
Şərəfxanlı kəndi
Şahmallar kəndi
Taynaq kəndi
Təzəkənd kəndi
Yeni Qaradolaq kəndi
Çatmaq
editMaşın ilə
editBakıdan gedəcəksinizsə, Bakı-Ələt-Qazax yolu vasitəsilə gedə bilərsiniz.
Marketlər
editKarol Market Üç qardaş Market və s.
Tarixi abidələri
editEneolit dövrünün qalıqları: qəbiristanlıq təpə kurqanı və yaşayış yeri, Kiçik yaşayış yeri (Boyad kəndi), Yastıtəpə yaşayış yeri (Hindarx kəndi), Əhənglitəpə, Keşaltıtəpə, Cəfərqulutəpə, Hüsülütəpə (Hacılar kəndi), Kamiltəpə yaşayış yeri, Şaxtəpə yaşayış yeri (Yeni Qaradolaq kəndi), Sutəpə yaşayış yeri, Canavartəpə (Taynaq kəndi), I və II Mirvaritəpə, Qətiltəpə, Əbiltəpə I və Əbiltəpə II, Məhəmmədtəpə (İmamqulubəyli kəndi), Ağtəpə (Taynaq kəndi). Tunc dövrünün qalıqları: Kültəpə, Sarıbaştəpə, Üçtəpə, Şaxtəpə (Ağcabədi şəhəri), Qışaltıtəpə, Qəbiristanlıq təpə, Qalatəpə (Boyad kəndi), Yolaşantəpə (Gələbədin kəndi), Qazantəpə kurqanı, Görüştəpə kurqanı, Qəbiristanlıq təpə kurqanı, Qasımtəpə kurqanı, Quştəpə kurqanı, Adsız kurqanlar, Hüseynbəy kurqanı (Hindarx kəndi), Sümüklü təpə (Cəfərbəyli kəndi), Yantəpə yaşayış yeri, Sutəpə yaşayış yeri (Taynaq kəndi), Böyüktəpə yaşayış yeri (Biləğan kəndi), Gültəpə (Qaraxanlı kəndi). Antik dövrün qalıqları: yaşayış yeri (e.ə.V-II minilliklər, Təzəkənd kəndi), yaşayış yeri (e.ə. I minillik, Arazbar kəndi), yaşayış yeri (e.ə. I minillik, Qiyaməddin kəndi), yaşayış yeri (Hüsülü kəndi), Səngərtəpə yaşayış yeri (Sarıcalı kəndi), Törətəpə yaşayış yeri (Şənlik kəndi). Orta əsrlərin qalıqları: böyük qəbiristanlıq (Hacılar kəndi). Yerli əhəmiyyətli arxeoloji abidələr: Solaxaytəpə kurqanı (XVIII əsrin 40-cı illəri, Boyad kəndi), Xımılı təpələri yaşayış yeri (İmanqulubəyli kəndi). Cümə məscidi –Ağcabədi şəhəri, XX əsr, Qarabağ küçəsi Həmidə xanım Məmmədquluzadənin ev muzeyi – Kəhrizli kəndi Tarix və diyarşünaslıq muzeyi –Ağcabədi şəhəri,M.Ə.Rəsulzadə prospekti Heydər Əliyev muzeyi – Ağcabədi şəhəri H.Əliyev prospekti Rəsm qalereyası – Ağcabədi şəhəri,M.Ə.Rəsulzadə prospekti 20 yanvar faciəsi, Şəhidlər Xiyabanı xatirə abidə kompleksi – Ağcabədi şəhəri,M.Ə.Rəsulzadə prospekti Məscid –Hindarx qəsəbəsi, 1907-ci il
Faunası
editMəməliləri ceyran, canavar, qaban, çaqqal, adi tülkü, qamışlıq pişiyi, bataqlıq qunduzu, porsuq, boz dovşan, kiçik asiya qum siçanı və s. canlılardan ibarətdir. Su hövzələrində 30-a yaxın balıq növünə rast gəlinir. Bunlar qılıncbalıq, durnabalıq, qızılüzgəc, həşəm, lilbalıq, çəki və s. balıqlardır. Sürünənlərdən xəzər və bataqlıq tısbağaları, adi suilanı və suilanı yayılmışdır.[6]
Ağcabədi rayonu quşlarla zəngin olub 150-ə yaxın növ ilə təmsil olunmuşdur. Bunlardan 90-dan çox növ yuvalayandır. Ərazinin ornitofaunası, əsasən, turac, çöl göyərçini, qaraqarın bağrıqara, qırqovul, Sultan toyuğu, adi flaminqo, qaraquş, ərsindimdik, qarabattaq və s. quşlardan ibarətdir. Ağgöl Milli Parkının bir hissəsi və Ağgöl Dövlət Təbiət Yasaqlığı Ağcabədi ərazisinə düşür.[7]
Çayları və su hövzələri
editRayonun çay şəbəkəsi nisbətən seyrəkdir. Şimal - şərq sərhədi ilə Kür çayı, mərkəzi hissədən Qarqarçay axır. Qarqarçay Kiçik Qafqazın Qarabağ silsiləsinin şərq yamacından axan Xəlfəliçay ilə Zarıslıçayın qovuşmasından yaranır. Çayın mənbəyi 2080 m yüksəklikdədir. Onun 11 qolu vardır. Ərazidə şor sulu göllər vardır. Bunlardan ən böyüyünün ümumi sahəsi 3.1 min ha olan Ağgöldür.Bu göl barədə IDEA şirkəti sənədli film də çəkmişdir.