Wy/az/Şəki

< Wy | az
Wy > az > Şəki

ŞəkiAzərbaycan Respublikasında şəhər, Şəki rayonunun inzibati mərkəzi. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. 1968-ci ilə qədər "Nuxa" adlandırılmışdı. Şəki şəhəri Azərbaycanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Şərqdən qərbə axan Qurcanaçay çayı şəhəri iki hissəyə, daha yüksəkdə yerləşən Cənub, digəri isə vadidə yerləşən şimal hissələrinə bölür.

Şəki şəhəri

Maddi-mədəni irsi

edit

Memarlıq abidələrindən Şəki xan sarayı, Şəkixanovların evi, Giləkli məscidinin minarəsi, məscid, qala divarları, Şəkinin dairəvi məbədi (XVII-XIX), Zəyzid məbədi (XI-XII), yaxınlıqdakı Kiş kəndinin Kiş alban məbədi, Şəki karvansarayı mühafizə olunur.

Qala şəhərin daha yüksəkdə yerləşən hissəsində, şimal-şərqində yerləşir və Şəki xan sarayını əhatə edir. Qala təkcə hərbi-strateji cəhətdən deyil, həm də mikro iqlimi cəhətdən çox əlverişli şəraitə sahib yerdə yerləşib. Qala divarlarının ümumi uzunluğu 1300 m, şimal tərəfdəki divar 4 m hündürlüyündə, cənub tərəfindəki divar isə 8 m hündürlüyündədir. Qala divarlarının qalınlığı 2.2 m-dir. Qalanın cənub və şimal tərəflərdən iki darvazası və mühafizəsi üçün nəzərdə tutulmuş bürcləri vardır. Hazırda 1958-1963 cü illərdə aparılan bərpa işlərinə baxmayaraq qala divarları və bürcləri dağılmış bir vəziyyətdir.

Şəki şəhərinin tarixi məhəllələri

edit
  • Ağvanlar məhəlləsi
  • Arxüstü məhəlləsi
  • Çaqqaldərəsi məhəlləsi
  • Çökəkməhlə məhəlləsi
  • Dardoqqaz məhəlləsi
  • Daşlıpilləkən məhəlləsi
  • Dırrar məhəlləsi
  • Dolçalar məhəlləsi
  • Doqquzpara məhəlləsi
  • Ermənikənd məhəlləsi
  • Gəncəli məhəlləsi
  • Giləkli məhəlləsi (adı həmçinin "Külehli", "Gülehli", "Güleyli""Giləhli" şəkillərində də tələffüz edilir)
  • Qullar və ya Dağdağanlar məhəlləsi
  • Körpüqulağı məhəlləsi
  • Mator məhəlləsi və ya Matorun aralığı
  • Mədolar məhəlləsi
  • Mənkərli və Sabunçu məhəlləsi
  • Otaqeşiyi məhəlləsi
  • Sarıtorpaq məhəlləsi
  • Südlülər məhəlləsi
  • Şərbablar məhəlləsi
  • Topqarağac məhəlləsi
  • Yuxarıbaş məhəlləsi
  • Dodu məhəlləsi

Qalereya

edit

İstinadlar

edit