Wq/azb/آلبرت اینشتئین

< Wq | azb
Wq > azb > آلبرت اینشتئین

آلبرت اینشتین یا آینشتاین (آلمان دیلی: Albert Einstein) (دوْغوم: ۱۴ مارس ۱۸۷۹ - اؤلوم: ۱۸ آوریل ۱۹۵۵) آلمانلی فیزیک عالیمی ایدی. نیسبیلیک نظریه‌سینه گؤره و اؤزللیکله انرژی و جرم بیرلیگی تئوری‌سینه گؤره (انرژی و جرم بیرلیگی|E=mc۲]]) آدلیم اوْلدو. بۇ فورمول فیزیکین ان آدلیم فوْرمولودور و فیزیک اوْخومایان اینسانلار بئله اوْنو بیلیرلر. انیشتین کوانتوم تئوریسی و ایستاتیستیک مکانیکینین گئنیشلنمه‌سینده چوْخلو چالیشدی. ۱۹۲۱-جی ایلده فیزیک نوبل اؤدولونو فوتوالکتریک اثرینده چالیشماغینا گؤره آلدی. خالق آراسیندا انیشتین نابیغه و هۆشلو بیر اینسان کیمی تانینیر.

Albert Eynşteyn

سؤز

edit
سؤزلر, یازار یادا قایناق‌لار باخیمیندان الفبایی سیرایا گؤره سیرالانمیش‌دیر. - بیرده باخ


آ ، اَ

edit
  • آخماقلیق و عاغیلیلیک آراسینداکی فرق، عاغیلیلیکین محدود اولماسیدیر.
  • آرزولاماق بیلمَکدن داها اهمیتلیدیر.


  • اگر اویونون قاعده‌لرینی اویرَنسَز، او زامان هر کسدن یاخشی اوینایاجاقسیز.


  • Aclıqdan qarnı quruldayandan dürüst siyasətçi olmaz.
  • Axmaqlığın ən böyük dəlili, eyni şeyi dəfələrlə edib fərqli bir nəticə əldə etməyi ümid etməkdir.
  • Ağıllı və yaxşı niyyətli insanlara xas bir ada olması üçün nələr verməzdim; elə bir yer olsa mən də vətənpərvər olardım.
  • Aldanılmağa məruz qalmayan xoşbəxtliyin nə olduğunu bilməz.
  • Alimlər dua edirmi?
  • Allah anonimliyini təsadüflərin köməyi ilə saxlayır.
  • Allah zər atmaz.
  • Amansız baxışları olan qocanı bu dünyada öz ideyalarına inamından başqa yuxuya apara biləcək bir illüziya yoxdur.
  • A-nı həyatda müvəffəqiyyət olaraq təyin edək, o zaman A = X + Y + Z' dir; X çalışmaq, Y oyun, Z isə susmağı bilməkdir.
  • Ancaq başqaları üçün yaşanılan həyat,yaşamağa dəyər həyatdır.
  • Atomun dərk edilməsi - uşaq oyununun tapmacalarıyla müqayisədə uşaq oyunudur.
  • Ayrıca bir insanın həyatı yalnız başqalarının həyatını daha gözəl və daha nəcib etməyə kömək etdiyi dərəcədə mənalı olur. Həyat müqəddəsdir; necə deyərlər, bütün başqa dəyərlərin tabe olduğu ali dəyərdir.
  • Əksər insanlar səhv etməkdən qorxaraq yeni heç nə etmirlər. Amma bundan qorxmaq lazım deyil. Çünki, məğlub olan insan necə qalib gəlməyi tez uğur qazanan insandan daha çox biləcəkdir.
  • Əgər ağıla qarşı günah işlədilməsə, heç nəyə nail olmaq olmaz.
  • Əgər Allah hər şeyi yaradıbsa, deməli, Allah pisliyi də yaratmışdır, çünki o mövcuddur. Amma bizi əməllərimiz müəyyənləşdirir, bəs onda Allah pisdir?
  • Əgər bir adam marşla uyğunlaşma içində yeriyə bilirsə, o dəyərsiz bir varlıqdır. Özünə yalnız bir onurğa iliyi kafi ola biləcəyi halda, səhvən bir beyni olmuşdur onun. Sivilizasiyanın bu quru ləkəsi ən qısa müddətdə yox edilməlidir.
  • Əmrlə gələn qəhrəmanlığa, şüurlu və şüursuz güc işlədilməsinə, axmaq vətənpərvərliyə nifrət edirəm. Mən döyüşü və silahları elə iyrəndirici və alçaldıcı hesab edirəm ki belə iyrənc bir hərəkətə qatılmaqdansa özümü öldürməyim daha yaxşıdır. Mənim anlayışıma görə sıravi bir cinayət, döyüşdə adam öldürməkdən daha pis deyil.
  • Əgər xoşbəxt həyat sürmək istəyirsinizsə, insanlara və şeylərə yox, məqsədə bağlanmalısınız.
  • Əgər ideya ilk məqamda absurd görünmürsə, o ümidsizdir!
  • Əgər masanın üstündəki qarışıqlıq başdakı qarışıqlığı bildirirsə, o zaman boş masa nəyi bildirir?
  • Əgər nə etdiyimizi bilsəydik, buna araşdırma deyilməzdimi?
  • Əgər nə vaxtsa dünya ilə sevgi arasında seçim etmək məcburiyyətində qalsanız, unutmayın ki, əgər dünyanı seçsəniz, sevgisiz qalacaqsınız, sevgini seçsəniz, bütün dünyanı fəth edə bilərsiniz.
  • Əgər nisbilik nəzəriyyəsi təsdiqlənərsə, onda almanlar mənim alman, fransızlar isə dünya vətəndaşı olduğumu deyəcəklər; əgər mənim nəzəriyyəm təkzib olunarsa, fransızlar məni alman, almanlar isə yəhudi elan edəcəklər.
  • Əgər problemi yaradan kimi düşünürsənsə, o problemi heç vaxt həll edə bilməyəcəksən.
  • Əgər səni həmişəlik qapısı bağlı bir otağa salıblarsa və sən nəfəslikdən göyün bir parçasını görürsənsə və həmin o bir əlçim goy üzündə bulud topaları üzür, bir qartal hərlənib qıy vurursa, elə bircə bu mənzərə sənin ömrün boyu yazmağın üçün kifayət qədər mövzu verə bilər.
  • Əgər siçan kainata baxırsa, bundan kainatın vəziyyəti dəyişərmi?
  • Əgər siz nəyisə altı yaşlı uşağa başa sala bilmirsinizsə, siz özünüz də bunu başa düşmürsünüz.
  • Əgər sizdə toplama pis alınırsa, o zaman o vurulacaq.
  • Əmrlə gələn qəhrəmanlıqdan, şüursuz şiddətdən, axmaqca vətənpərvərlikdən - bütün bunlardan necə də nifrət edirəm.
  • Ən böyük axmaqlıq, eyni şeyi edib fərqli nəticənin alınmasına ümid etməkdir.
  • Ən dəyərli insanlar təvazökar olanlardır.
  • Ən pis tale heç kimin taleyi olmamaqdır...
  • Əsl elm və əsl musiqi eyni fikri prosesi tələb edir.
  • Əslində hər kəs dahidir. Amma bir balıqdan ağaca dırmanmaq istedadı tələb olunarsa, o, bütün ömür boyu özünü axmaq hiss edəcək.
  • Əslində mən gələcəyi heç düşünmədim və düşünmürəm çünki gələcək düşünməsək də gələcək...
  • Əvvəlcə oyunun qaydalarını öyrənmək lazımdır, sonra da hər kəsdən yaxşı oynamağı.

ائ ،ای ، ایٛ

edit

اوْ ، اؤ ، اۇ ، اۆ

edit

ب ، پ

edit
  • بارماغی ایله گویو گورسَدَنین بارماغینا یالنیز(تَکجه) آخماق آدام باخار.
  • بعضا موفته آلینان شئی آداما چوخا باخار.


  • Barmağı ilə səmanı göstərənin barmağına yalnız axmaq adam baxır.
  • Başqalarına nəyisə öyrətməyin yeganə dəyərli üsulu, pis olsa, nümunə göstərməkdir.
  • Belə olacağını bilsəydim, bir ayaqqabı təmirçisi olardım. (Hiroşima və Nagasakiyə atılan atom bombaları sonrasında verdiyi bildiriş)
  • Beynəlxalq qanunlar yalnız beynəlxalq qanunlar toplusunda mövcuddur.
  • Bəşəriyyətin mənəvi təkamülü inkişaf etdikcə, mənə bir daha aydın olur ki, həqiqi dindarlığa gedən yol həyat, ölüm qorxusundan və ya kor-koranə inamdan yox, rasional biliyə səy göstərməkdən ibarətdir.
  • Bəzən müftə alınan şey üçün daha çox ödəyirlər.
  • Bəzi kişilər qadınları anlamağa çalışar, digərləri özlərini daha sadə mövzulara həsr edərlər.
  • Bir alim səhvini görəndə mimoza, başqasının səhvini aşkarlayanda böyüyən aslan kimidir.
  • Bir xətanı ikinci dəfə təkrar etməyən ən mükəmməl insandır.
  • Bir insanın fikirləri kitabın köməyi ilə milyonlarla insana çatdırıla bilər.
  • Bir qum dənəsinin sirrini bilsəydik, bütün dünyanın sirrini öyrənmiş olardıq.
  • Bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır.
  • Bir sistem mövcud bir sistem çərçivəsində həll edilə bilməyən bir məsələ ilə qarşılaşdıqda dağılır.
  • Biz gerçəkliyi dərk etmək cəhdimizlə bağlı saatın mexanizmini öyrənməyə çalışan adamı xatırladırıq. [1]
  • Biz hamımız dahiyik. Amma siz balığı, ağaca dırmaşmaq qabiliyyətinə görə qiymətləndirsəniz, o, bütün həyatını özünü axmaq hesab edərək keçirəcək.
  • Bizim hamımız Allah qarşısında eyni dərəcədə müdrik və eyni dərəcədə axmağıq.
  • Bizim hamımız dahiyik. Ancaq balığı ağaca çıxmaq qabiliyyətinə görə mühakimə etsəniz, o, özünü axmaq hesab edərək bütün həyatını yaşayacaq.
  • Böyük gücə sahib suveren dövlətlər olduğu müddətcə müharibə qaçınılmazdır.
  • Bu dağın ucuna kimi getməkdən qorxma, çünki meyvə ordadır.
  • Bu dünyada bir uşaq belə xoşbəxt olmadığı müddətcə böyük kəşflər və yüksəlişlər heçdir.
  • Bu dünyada ən anlaşılmaz şey onun anlaşılan olmasıdır.
  • Bu dünyada məni bir neçə adam başa düşdü, onlar da səhv başa düşdülər.
  • Bu dünyada məni bir şey həyəcanlandırır: Kim dəlidir - mən və ya başqaları?
  • Bu mənim çox ağıllı olduğumdan yox, hər bir problemə başqalarından daha əhatəli yanaşmağımdandır.
  • Bugünə köklənin: gözəl bir qızı öpərkən avtomobil idarəedən birisi həmin öpüş sahibinə haqq etdiyi diqqəti verməyi bacarmalıdır.
  • Bütün insani dəyərlərin təməli əxlaqdır.
  • Bütün insanlar yalan danışırlar. Ancaq bu qorxulu deyil. Çünki, insanlar bir-birinə qulaq asmırlar.


ت ، ث

edit

ج ، چ ، ح ، خ

edit

د ، ذ

edit
  • دونیانی تَخَیّول چئویرَر.
  • دونیانی گوجله نیجات وئرماق اولماز. بونا یالنیز(تَکجه) درک ائتمکله نایل اولماق اولار.



  • Dahiliyim çox ağıllı olduğuma görə yox, sadəcə problemlərin həllinə çox vaxt sərf etməyimdədir.
  • Dahiliyin mütləq bir sərhədi vardır, axmaqlığın əsla.
  • Dahiliyin 10-da 1-i qabiliyyətin 10-da 9-u çalışmaqdır.
  • Dahilik ilə axmaqlıq arasındakı fərq, dahiliyin sərhədlərinin olmasıdır.
  • Daxili və zahiri həyatımın, yaşayan, ya da ölmüş başqa insanların əməyinə söykəndiyini özümə gündə yüz dəfə xatırladıram; çox dərinlərə dalmadan gündəlik həyatdan bilirik ki, insan başqaları üçün mövcuddur.
  • Dəlilik eyni şeyi təkrar təkrar edib fərqli nəticələr gözləməkdir.
  • Dəniz xəstəliyini məndə dəniz yox, insanlar törədir. Ancaq qorxuram, çünki, elm hələ bu xəstəliyə bir çarə tapmamışdır.
  • Dəyər yaradın: Nailiyyətlər qazanmağa deyil, dəyərli olmağa çalışın.
  • Dini inkar edən elm topal, elmi inkar edən din kordur.
  • Dinsiz elm kor, elmsiz din isə topaldır.
  • Divarı alınla deşmək üçün ya böyük sürət, ya da çoxlu alın lazımdır.
  • Dünəndən öyrən, bu gün üçün yaşa, sabah üçün ümid et. Əsas odur ki, sual verməyə davam edin.
  • Dünya; pislik edənlər deyil, tamaşaçı qalıb heç bir şey etməyənlər üzündən təhlükəli bir yerdir.
  • Dünya şər işlər törədən insanlara görə yox, bunu seyr edib heç nə etməyən insanlara görə təhlükəlidir.
  • Dünya yaşamaq üçün çox təhlükəli bir yerdir. Haqsızlığın çox olmasına görə deyil, haqsızlığı görüb susanların səbəbindən.
  • Dünyada bir nəfər dahi uşaq bədbəxt qaldığı müddətcə, böyük icadlar və irəliləmələr yoxdur.
  • Dünyada hər şey enerjidir. Enerji hər şeyin əsasını təşkil edir. Əgər siz özünüz üçün yaratmaq istədiyiniz reallığın enerji tezliyinə uyğunlaşarsınızsa, o zaman məhz uyğunlaşdırdığınız tezliyi alacaqsınız. Bu fəlsəfə yox, fizikadır.


ر ، ز ، ژ

edit

س ، ش

edit

ص ، ض

edit

ط ، ظ

edit

ع ، غ

edit

ک ، گ

edit
  • Gerçək yalnız bir illüziyadır, amma bitmək bilməyən bir illüziya.
  • Gerçəyi axtarmaq onu əldə etməkdən daha qiymətlidir.
  • Gələcəkdə müvəffəqiyyətli olacaq insanlar, keçmişdən çalışaraq çatmalıdır.
  • Gəncliyimdə ayağımın baş barmağının gec-tez corabımda bir deşik açacağını aşkar etdikdən sonra, bir daha corab geyinmədim.
  • Gəncliyimizdə düşüncələrimizi meydana gətirən bütün mövzular sevgiylə əlaqədardır. Sonraları isə bütün sevgilərimiz düşüncələrimiz olar.
  • Gəlir vergisi bəyannaməsi vermək üçün bir filosof olmaq lazım. Bir riyaziyyatçı öhdəsindən gələ bilməz.
  • Gözəl bir qızla öpüşərək maşını təhlükəsiz idarə edə bilən kişi, deməli öpüşə lazımi əhəmiyyət vermir.
  • Gözəl bir qızla eşqbazlıq edərkən bir saat bir saniyə kimi gəlir. Qızğın bir közün üzərində oturarkən bir saniyə bir saat kimi gəlir. Izafilik budur.
  • Gözəl gənclər təbiətin əsəridir, gözəl yaşlılar isə sənətin.
  • Güc həmişə əxlaqı aşağı olan insanları cəlb edir.
  • Gündə yüz dəfə özümə iç və xarici həyatımın, yaşayan ya da ölü başqa insanların əməyinə söykəndiyini xatırladıram; çox dərinlərə dalmadan gündəlik həyatdan bilirik ki, bir insan başqaları üçün vardır.


  • Hamı bilir ki, bu mümkün deyil. Amma bunu bilməyən bir cahil ortalığa çıxır və kəşfi də o edir.
  • Heç bir problemi onun yaradıldığı şüur səviyyəsində həll etmək mümkün deyil.
  • Heç vaxt səhv etməyən insan, heç vaxt yeni şeylər sınaqdan keçirməyib.
  • Həddindən artıq olmamaq şərti ilə hər şey mümkün qədər sadələşdirilməlidir.
  • Həqiqət, təcrübə sınağından keçmiş şeydir.
  • Həqiqət və Biliyi hakim etməyə cəhd edənlər allahların gülüşünə səbəb olacaq.
  • Həqiqətlə müqayisə edildiyində, elmdə çatdığımız səviyyə primitivdir, uşaq oyuncağıdır. Amma sahib olduğumuz ən qiymətli şey odur.
  • Həll sadə olduqda, buna Allah cavab verir.
  • Hər hansı bir sahədə uğur qazanmaq işdən, oyundan və dilini saxlamaq bacarığından ibarətdir.
  • Hər kəsin fikir birliyinə çatdığı bir axşam, itirilmiş bir axşamdır.
  • Hər müharibə insanlığın irəliləməsini maneə törədən pislik zəncirinə bir halqa əlavə edər.
  • Hər şey boşluqdan, forma isə qatılaşdırılmış boşluqdan ibarətdir.
  • Həyat, velosiped sürmək kimidir. Tarazlığını saxlamaq üçün hərəkət etməlisən.
  • Həyat yalnız iki şey üçün gözəldir; [[|Wq/azb/riyaziyyat|riyaziyyat]]ı kəşf etmə və öyrətmə.
  • Həyatda rast gəldiyimiz ən gözəl hiss müəmmalıqdır. O, əsl incəsənətin, ya da elmin mənbəyidir.
  • Həyatında heç səhv etməmiş biri, demək bu həyatdan heç bir şey öyrənməmişdir.
  • Həyatda yaşamağın iki üsulu var. Birinci üsul ondan ibarətdir ki, güya dünyada möcüzə yoxdur. İkinci üsul- güya bütün ətrafımız möcüzələrlə doludur.
  • Həyatı yaşamanın iki yolu var. Biri heç bir şey möcüzə deyilmiş kimi yaşamaq... Digəri hər şey möcüzəymiş kimi yaşamaq.
  • Həyatın mənası yalnız başqalarına həsr olunmuş həyatdadır.
  • Həyatınızda kiçik bir şeyi dəyişdirmək istəyirsinizsə-münasibətinizi, böyük dəyişikliklər istəyirsinizsə, düşüncənizi dəyişdirin.
 
İki şeyin sonsuz olduğunu bilirəm; kainat və axmaqlıq. Birincisindən çox da əmin deyiləm.


قایناق‌لار

edit
  1. Xəzinə. Bakı, 1997. səh.54


بیرده باخ

edit

ائشیک باغلانتی‌لار

edit