Wn/az/Yupiterdə su tapılıb

< Wn | az
Wn > az > Yupiterdə su tapılıb

Amerikalı alimlər qrupu müəyyən edib ki, Yupiterin böyük atmosfer axını olan Böyük Qırmızı Ləkənin tərkibində çoxlu su var.

Böyük qırmızı ləkə

Bununla bağlı “EurekAlert!” press-reliz yayıb.

Araşdırmaçılar yerüstü alətlərin köməyilə əldə edilən məlumatları analiz ediblər. Məlum olub ki, Qırmızı Ləkənin strukturu üç bulud qatından ibarətdir, onlardan ən dərinində 5-7 atmosfer təzyiq var. Alimlərin sözlərinə görə, bu buludlar donmuş su kristallarından ibarətdir.

Əgər 2016-cı ildən atmosferdəki qazları araşdıran “Juno” stansiyası bunu təsdiq etsə, onda planetin digər yerlərində, eləcə də, Saturn, Uran və Neptunda da su axtarışına başlamaq olar.

Mənbə

edit