Wn/az/Yunanıstan borc böhranından sonra Avro Bölgəsindən aldığı 3 illik xilasetmə proqramını uğurla tamamlayıb

< Wn‎ | az
Wn > az > Yunanıstan borc böhranından sonra Avro Bölgəsindən aldığı 3 illik xilasetmə proqramını uğurla tamamlayıb

Yunanıstan borc böhranından sonra Avro Bölgəsindən aldığı 3 illik xilasetmə proqramını uğurla tamamlayıb.

Publika.az xəbər verir ki, proqramın tamamlanması ilə Yunanıstanın 8 ildən sonra ilk dəfə beynəlxalq bazarlardan yenidən borc ala biləcək.

Ölkənin iqtisadiyyatı son illərdə inkişaf etsə də, böhrandan öncəki iqtisadiyyatla müqayisədə 25% kiçilib.

Beynəlxalq Valyuta Fondunun da dəstəyi ilə 2010-cu ildə Yunanıstana 260 milyard avrodan çox kredit verilmişdi. Bu rəqəm qlobal maliyyə tarixinin ən böyük xilasetmə paketi idi.

Avropa Sabitlik Mexanizmi (ASM) ilə 2015-ci ildə imzalanan razılaşma çərçivəsində iqtisadiyyatın inkişafa başlaması və bankların sərmayələrinin yenidən geri qaytarılmasına dair islahatlar üçün Yunanıstan hökumətinə 61,9 milyard dollar avro verilmişdi.

Qeyd edək ki, ASM avrodan istifadə edən ölkələrin maliyyə böhranları zamanı kömək etmək məqsədilə yaradılıb.

Mənbə edit

Yunanıstan 8 ildir davam edən maliyyə böhranından XİLAS OLDU