Dövlətlərin Xəzərdə əməkdaşlığı ilə bağlı məsələlər razılaşdırılıb, sabah tarixi qərar qəbul ediləcək.
- 10 February 2025: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 10 February 2025: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 10 February 2025: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 10 February 2025: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 10 February 2025: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
Bizimyol.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan edib.
“İyirmi il ərzində biz asan olmayan danışıqlar apardıq, Xəzər dənizində birgə işimizlə bağlı mövqelərimizi razılaşdırdıq. Bu, dəniz gəmiçililiyi, Xəzər dənizinin resusları, dənizin bioloji resuslarının qorunması, ticarət əməkdaşlığını əhatə edir. Hesab edirəm ki, bütün məsələlər razılaşdırılıb və biz sabah tarixi qərarın qəbul edilməsini gözləyirik. Bu, hər birimiz üçün vacib məqamdır”, – deyə Nazarbayev bildirib.
Bu arada ABŞ Dövlət Departamenti Xəzərin hüquqi statusuna dair sabah Qazaxıstanın Aktau şəhərində imzalanacaq Konvensiyanı şərh etmək istəmir. Dövlət Departamentinin energetika üzrə bürosunun nümayəndəsi Vinsent Kampos “RİA Novosti” agentliyinə bildirib. Agentliyin sualı Konvensiyanın Avropaya qaz təchizatının şaxələndirilməsi situasiyanı mümkün təsirləri barədə olub.
“Hər hansı şərh vermək erkən olardı, çünki razılaşmanın detalları bizə məlum deyil”-Dövlət Departamentinin nümayəndəsi bildirib.
Bundan əvvəl kremlin mətbuat xidməti Aktauda Xəzərynı ölkələrin dənizin hüquqi statusuna dair konvensiyanı imzalayacaqlarını təsdiq edib. Konvensiya üzərində iş 1996-cı ildən bəri davam edirdi.