Rusiya Prezidenti Vladimir Putin ölkənin Daxili İşlər Nazirliyi, Federal İcra Xidməti, Fövqəladə Hallar Nazirliyi və İstintaq Komitəsinin strukturlarından 11 generalı vəzifədən azad edib. Milli.Az Trend -ə istinadən xəbər verir ki, V.Putin bu barədə müvafiq fərman imzalayıb. Fərmanda vəzifələrə yeni təyinatların da adları açıqlanıb. Kadr dəyişikliklərinin səbəbi açıqlanmayıb.