Wn/az/Vikixəbər:Səsvermə

< Wn‎ | az
Wn > az > Vikixəbər:Səsvermə

Bu səhifədə Azərbaycanca Vikixəbərdə (bundan sonra Vikixəbər) keçirilən səsvermələr, onların başlanılması, səslərin hesablanması haqqında ətraflı məlumat ala bilərsiniz.

Ümumi məlumat edit

Səsvermələr Vikixəbərin bir hissəsidir. Lazım olmayanda səsvermə keçirmək tövsiyə edilmir. Səsvermə başladılmazdan əvvəl onun müzakirəyə çıxarılması tövsiyə olunur. Vikixəbər prisiplərinin səsverməsi başlamazdan əvvəl mütləq müzakirə olunmalıdır. Aşağıdakı hallarda mütləq səsvermə keçirilməlidir:

  • Vikixəbər prinsiplərinin qəbul olunması və ya prinsiplərdə dəyişiklik edilməsi üçün;
  • İstifadəçilərin yeni status (məsələn, idarəçi, bürokrat) əldə edə bilməsi üçün.

Səsvermə müddəti edit

Vikixəbərdə keçirilən səsvermələrin müddəti səsvermə keçirilən səhifədə mütləq qeyd olunmalıdır. Prinsiplərlə bağlı səsvermələrin keçirilməsi bir həftə davam edir. Digər məsələlər üzrə səsvermə müddəti həmin prinsipdə göstərilməlidir, göstərilən müddət bir həftə, iki həftə və ya bir ay olmalıdır.

İstifadəçilərin səsvermə hüquqları edit

Vikixəbərdə səsvermələrdə ancaq qeydiyyatdan keçmiş istifadəçilər iştirak edə bilər. İstifadəçinin səsvermə hüququnun olması üçün onun Vikixəbərdə ən azı 100 redaktəsi olmalıdır və son altı ay ərzində ən azı 1 redaktə etmiş olmalıdır. Səsvermə hüququ olan istifadəçilər Vikixəbərdə keçirilən bütün səsvermələrdə iştirak edə bilər.

Səsvermənin nəticələrinin hesablanması edit

Vikixəbərdə prinsiplərlə bağlı səsvermənin baş tutması üçün ən azı 5 etibarlı səs olmalıdır. Səsvermənin sonunda 50%+1 miqdarında lehinə səs olduğu halda, prinsip qəbul olunmuş sayılır. Digər səsvermələrlə bağlı bu şərtlər həmin prinsiplə bağlı səhifədə qeyd olunmalıdır, lakin həmin şərtlər burada qeyd olunmuş şərtlərdən yüngül olmamalıdır. Səsvermənin nəticəsinin hesablanmasında yalnız etibarlı səslər nəzərə alınır.