Vikixəbər — Ensiklopediya kontekstində cari hadisələr haqqında məlumat verən İnternet-ensiklopediyadır.
Layihə 2004-cü ilin dekabr ayında fəaliyyətə başlamışdır və hazırda 28 dildə mövcuddur. Müxtəlif dillərdə mövcud olan Vikixəbərlərdə indiyə kimi 88 minə yaxın xəbər nəşr edilmişdir. Digər layihələrdə olduğu kimi burada da əsas şərt neytrallığın gözlənilməsidir.
Xarici mənbələrdən əldə edilmiş xəbərlər burada orijinal və ya qısa xülasə şəkildə verilə bilər. Layihənin əsasən iki məqsədi vardır:
- digər nəşriyyatlara alternativ və azad xəbərlərin təqdim olunması;
- hər bir xəbərin diqqətlə yoxlanması.
Vikixəbər layihəsinin Azərbaycan bölməsi hələ ki, mövcud deyildir.