Wn/az/Vikixəbər:Giriş

< Wn‎ | az
Wn > az > Vikixəbər:Giriş

Burada oxuduqlarınız hər şey sizin kimi könüllülər tərəfindən yazılıb. Siz yeni məqalələr yarada, mövcud məqalələri inkişaf etdirmək, qrammatik və faktiki səhvləri aradan qaldırmaq üçün redaktə edə, qayda təklifləri irəli sürə, digər Vikixəbər könüllüləri ilə danışa və başqa şeylər edə bilərsiniz.

Vikixəbəri nə özəl edir?

Vikixəbərə hər kəs töhfə verə bilər. Vikixəbərdəki məqalələr dinindən, irqindən, ideologiyasından və yaşından asılı olmayaraq hər kəs üçün yazılır. Buna görə də biz könüllüləri tərəfsiz olmağa çağırırıq.

Əlavə olaraq, burada verdiyimiz hər bir məlumatın istinadı olur ki, verilən məlumatlar etibarlı olsun.

Bizim əsas qaydamız münasibəti və şərhi aradan qaldırmaqdır. Əgər öz fikrinizi dünyaya çatdırmaq istəyirsinizsə, bloqqerliklə məşğul ola bilərsiniz.

Vikixəbər qardaş layihəsi Vikipediya kimi vaxtını və pulunu ianə edən könüllülər tərəfindən idarə edilir və maliyyələşdirilir. Vikixəbərdə reklam yoxdur və bura reklam-xarakterli məzmunun yerləşdirilməsinə icazə verilmir. Burada qərarlar müzakirələrlə kollektiv bir şəkildə alınır. Əgər bir səhv etmisinizsə, narahat olmayın, edilən hər bir redaktə geri qaytarıla bilər. Vikixəbərin interfeysi anlaşılıqlı və sadədir.

Vikixəbər məqalələri nədir?

Vikixəbərin iki növ məqalələri olur:

  • Bunların ən ümumişləki sintez məqalələrdir. Bu cür məqalələr müxtəlif mənbələrdən alınan məlumatlarla (istinad) hazırlanır. Bir KİV-nin hansısa bir mövzu haqda hər bir məlumatı verməsi nadir bir haldır. Buna görə də biz daha ətraflı xəbərlər vermək istəyirik. Üstəlik, istifadəçilər istinad etdiyi məqalələrdəki tərəfli məzmunları çıxarda bilərlər ki, obyektivlik qaydalarına riayət olunsun.
  • Digər növ məqalələr isə orijinal jurnalistikaya aid xəbərlərdir. Bu xəbərlər tamamilə Vikixəbərin töhfəverənləri tərəfindən yazılır. Bu tip jurnalistika haqda Orijinal jurnalistika səhifəsində daha ətraflı məlumat ala bilərsiniz.

Vikixəbərin nəyi əhatə etdiyi Məzmun kitabçası tərəfindən ətraflı şəkildə izah edilib. Bəzi mükəmməl nümunələr Seçilmiş məqalələr səhifəsində yerləşir.

Haradan başlamaq lazımdır?

Necə başlamalı

Yayımlanmış məqalələr Ana Səhifədə yerləşir. Siz həmin məqalələri gözdən keçirərək, mövcud səhvləri aradan qaldıraraq həmkarlarınızın etdikləri barədə ilkin məlumatı ala bilərsiniz.

Daha çox bilmək istəyirsiniz?

Stil kitabçası

Əksər publikasiyalarda olduğu kimi Vikixəbərdə də stil kitabçası mövcuddur. Stil kitabçası Vikixəbərin asanlıqla oxunması, estetik baxımdan gözəl görünməsi, habelə hər yerdə eyni stilin tətbiq olunması üçün məqalələrin stili, formatı haqqında bir sıra qaydalar toplusudur. Stil kitabçasına daxil olan əsas qaydalar:

  1. Məqalə bölümlərə və alt başlıqlara ayırılmalıdır.
  2. Vurğulamaq istədiyiniz sözləri kursiv ilə (italic) yazın, böyük və ya qalın yazmayın.
  3. Müəyyən zaman kəsiyini göstərmək üçün rəqəmlər arasında işlədilən tire işərəsi boşluqsuz yazılır: IX–X əsrlərdə, saat 11–12 arasında, 23–25 noyabrda, 1941–1945-ci illərdə.
  4. Defis işarasi hər zaman boşluqsuz yazılır: açıq-qırmızı, gecə-gündüz
  5. İllər tam yazılmalıdır: 1990—1994
  6. İllərdən sonra –cı, -ci, -cu, -cü şəkilçiləri yazılır: 1875-ci ildən
  7. Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə şəkilçidən əvvəl defis qoyulur: 20-dən, 3-də, 2-yə, 6-nın, 5-i, 17-si.
  8. Ərəb rəqəmlərindən sonra ahəngə görə sıra sayının şəkilçisi ixtisarla (-cı, -ci, -cu, -cü) yazılır: 6-cı, 2-ci, 10-cu, 3-cü.
  9. Paraqraf (§), nömrə (№), faiz (%), promille (‰) işarələri aid olduqları rəqəmlərdən “ayrılmayan boşluq” işarəsi ilə ayırılır: § 14, № 23, 20 %. Ancaq "%" işarəsi sözləri qısaltmaq üçün istifadə olduqda aid olduğu rəqəm ilə bitişik yazılırlar: 5%-lik həddi keçmək üçün
  10. Tarixi hadisələrin, dövrlərin, sülalələrin, nomenklatur terminlə işlənən yer adlarının, eləcə də qədim yazılı abidələrin və s. adlarının birinci sözünün birinci hərfi böyük yazılır: Vətən müharibəsi, Yeddiillik müharibə, Versal sülhü, Dəmir dövrü, Orxon-Yenisey abidələri, Çaldıran döyüşü, Sasanilər dövrü, Səfəvilər sülaləsi, Xəzər dənizi, Azadlıq meydanı, Şuşa qalası...
  11. Belə mürəkkəb adlara fərqləndirici söz əlavə olunduqda onun da birinci hərfi böyük yazılır: Orta Paleolit dövrü, Son Paleolit dövrü.
  12. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Bakı Şəhər İcra Hakimiyyəti.
  13. Yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri), fəxri adlar, habelə nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. adlarının tərkibindəki bütün sözlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, Beynəlxalq Qadınlar Günü, Ağstafa Rayon Təhsil Şöbəsi ...
  14. Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran, düşərgə, yeməkxana, mağaza və s. adları dırnaqda və böyük hərflə yazılır: "İstiqlal" ordeni, "Ata və oğul" povesti, "Yeddi gözəl" baleti, "Uzaq sahillərdə" filmi, "Azərbaycan" qəzeti, "Cücələrim" kafesi, "Bahar" mağazası, "İstisu" mineral suları...
  15. Dırnaqda yazılan belə adlara artırılan şəkilçi dırnaqdan kənarda yazılır: "Xalq qəzeti"nin bugünkü nömrəsi, "Yeddi gözəl"in ilk tamaşası
  16. Mirzə, hacı, şeyx, seyid, şah, soltan, ağa, bəy, bəyim, xan, xanım və s. sözlər rütbə, ləqəb və titul bildirib sözlərdən əvvəl gəldikdə böyük, sözlərdən sonra gəldikdə isə kiçik hərflə yazılır: Mirzə Fətəli, Hacı Qara, Şeyx Nəsrullah, Seyid Əzim, Şah İsmayıl, Soltan Mahmud, Abbas mirzə, Nadir şah, Abbasqulu ağa, Fətəli xan, Heyran xanım

Digər Vikixəbər istifadəçiləriylə danışmaq

Digər Vikixəbər istifadəçiləri ilə öz fikirlərini, təkliflərinizi paylaşmaq və ya suallarınızı vermək üçün müxtəlif səhifələr mövcuddur.

Müzakirə səhifələri

Siz müəyyən istifadəçinin və ya məqalənin müzakirə səhifəsinə ekranın yuxarı sol küncündə yerləşən “Müzakirə” linkini çıqqıldadaraq daxil ola bilərsiniz. Vikixəbərdə redaktə edən bir istifadəçinin öz istifadəçi adı olur.

Kənd meydanı

Kənd meydanı istifadəçilərin Vikixəbərlə bağlı olan ümumi problemləri müzakirə etdiyi bir səhifədir.

Nəzakət

Mübahisələr qaçınılmazdır. Biz istifadəçiləri Vikixəbərdə bir-birləriylə dostcasına və nəzakətli bir formada davranmağa çağırırıq. Buna baxmayaraq, bəzən müzakirələr xaotik ola bilər.

Xahiş edirik, hansısa bir istifadəçiylə mübahisə və ya müzakirə edərkən Nəzakət qaydalarına riayət edin.

İdarəçilər

Bütün Viki layihələrində olduğu kimi Vikixəbər də iyerarxiyaya yol vermir. Buna baxmayaraq, güvənilən istifadəçilərə həvalə ediləcək bəzi texniki vəzifələr var. Buna görə də Vikixəbərdə İdarəçilər var.