Wn/az/Venesuela Kolumbiya ilə sərhədə qoşun yerləşdirdi

< Wn‎ | azWn > az > Venesuela Kolumbiya ilə sərhədə qoşun yerləşdirdi

23 fevral 2019, Şənbə

Venesuela hərbçiləri Kolumbiya ilə sərhədə qoşun yerləşdirməklə bağlı tapşırıq alıblar. Bu barədə Kolumbiya Silahlı Qüvvələrinin komandanlığı tvitter hesabında məlumat verib: "Ali baş komandan Nikolas Maduronun təlimatını yerinə yetirərək komandirimiz Remixo Sebaos Silahlı Qüvvələrə operativ şəkildə Kolumbiya ilə sərhədə yerləşməyi və xalqın dincliyi, təhlükəsizliyini müdafiə etməyi əmr etdi. Burada heç kim təslim olmur, yorulmur. Təslim olmaq satqınlıqdır".

23 fevral Kolumbiya ilə sərhədə humanitar yardım korteji gəlməlidir. Maduro hökuməti yardımın ölkəyə daxil olmasının qarşısını almaq üçün artıq BraziliyaKarib dənizinin üç ada dövləti ilə sərhədi bağlayıb.

MənbəEdit