Wn/az/UNESCO bu illik fəaliyyətlərini dayandırıb

< Wn‎ | az
Wn > az > UNESCO bu illik fəaliyyətlərini dayandırıb


11 noyabr 2011, Cümə

UNESCO 22-29 noyabr tarixləri arası Balidə keçiriləcək toplantı istisna olmaqla, bu ilin sonuna qədər həyata keçirməyi nəzərdə tutduğu və hazırda həyata keçirdiyi bütün digər proqramları təxirə salıb.

Səbəb isə Fələstinin UNESCO-ya üzv qəbul edilməsindən sonra ABŞ-ın buna etiraz edərək, təşkilata maddi dəstəyindən əl çəkməsidir. UNESCO-nun baş direktoru İrina Bokova deyib ki, təşkilatın büdcəsində 65 milyon dolların büdcə kəsiri gözlənilir və ilin sonunadək həyata keçiriləcək proqramların təxirə salınması 35 milyon dollara qənaət ediləcəyi gözlənilir.

Fələstin UNESCO-ya üzv qəbul ediləndən sonra ABŞ təşkilata təxminən 70 milyon dollar həcmində yardımı dondurduğunu elan etmişdi. Bu isə təşkilatın illik büdcəsinin 22 faizinə qədərini təşkil edir.

Mənbə edit

Əlaqəli xəbər edit