28 iyul 2011, Cümə axşamı
- 15 October 2011: Wn/az/Traktor klubunun 28 azarkeşi həbs edildi
- 13 October 2011: Wn/az/Siyasi mühacirlər İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsini tələb edir
- 22 September 2011: Wn/az/Dünya Azərbaycanlıları Konqresi Urmiyə gölü və İrandakı son durumu müzakirə edib
- 22 September 2011: Wn/az/Almaniyada yaşıllar hakimiyyəti Urmiyənin xilası üçün İranla əməkdaşlığa çağırıb
- 22 September 2011: Wn/az/Təbriz və Urmiyada etiraz aksiyaları keçirilib
Təbriz şəhərində qəbirlərin qiyməti bahalaşıb. Təbrizin dövlət radiosu və televiziyası xəbər verib ki, Şəhər Şurasının verdiyi qərara əsasən bir qatlı və ailəvi qəbirlərin qiyməti bahalaşıb.
Həftəlik "Saqi" qəzeti yazır ki, ən ucuz qəbrin qiyməti 300.000 tümən (300 dollar) olacaq və qəbiristanlığın yaxşı yerlərində isə bir qəbirin qiyməti 400.000 tümənə (400 dollar) çatacaq. Əgər, bir Təbrizli ölməmişdən əvvəl öz qəbirinin yerini alıb, onu düzəldirsə 420.000 tümən (420 dollar) verməlidir. Ailə qəbirlərinin qiyməti isə bundan dəfələrlə bahadır. "Saqi" qəzeti yazır ki, 14 nəfərlik bir ailə üçün 18.000.000 tümən (18 000 dollar) ödnməlidir. Ailəvi qəbirlərin hər birinin qiyməti orta hesabla 1.286.000 tümənə bərabərdir.
Eyni zamanda, Təbrizin şəhər Şurası şəhərdə sərnişin avtobuslarından istifadənin qiymətinin 50 faizədək və taksilərin isə 25 faizədək artırılmasına da icazə verib. Beləliklə, 75 tümənlik avtobuslarda bilet 100 tümən olub. Şəhər Şurası Təbrizdə qəbirlərin qiymətinin qaldırılması qərarına gəlib.