13 fevral 2019, Çərşənbə
- 27 August 2023: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 27 August 2023: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 4 July 2022: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 4 July 2022: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 2 March 2022: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
13 fevral 2019-cu il tarixində Sumqayıt-Bakı istiqamətində hərəkət edən sürət qatarı qadını vurub. Hadisə qatarın Xırdalan şəhəri ərazisindən keçən hissəsində, dünən səhər saatlarında baş verib. Polis və prokurorluq orqanları Xırdalan şəhəri ərazisində hadisə yerinə baxış keçirib.
Məlum olub ki, Abşeron rayon Xırdalan şəhər sakini, 1978-ci il təvəllüdlü Roza Maşallah qızı Abbasova Xırdalan şəhəri, "Çexkalon" adlanan ərazidə qatar relsinin üstü ilə gedərkən Sumqayıtdan Bakıya gələn "Ştabler" markalı sürət qatarının vurması nəticəsində həyatını itirib. Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (Dəmiryolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.
Mənbə
edit- Bakı-Sumqayıt qatarı qadını vurdu — Bizimyol.info, 13 fevral 2019