Wn/az/Sergey Zaxarov vəfat edib

< Wn‎ | azWn > az > Sergey Zaxarov vəfat edib

14 fevral 2019, Cümə axşamı

Rusiyanın xalq artisti Sergey Zaxarov vəfat edib.

Sonxeber.az open.az-a istinadən xəbər verir ki, 68 yaşlı xalq artisti uzun müddət ürək xəstəliyindən əziyyət çəkib.

Xəstəxanada dünyasını dəyişən Sergey Zaxarov ötən əsrin 70-ci illərində SSRİ məkanında populyar ifaçılardan biri olub.

1975-ci ildə Lyüdmila Qurçenko ilə birlikdə "Небесные ласточки" (Səma qaranquşları) filminə çəkilib.

Sergey Zaxarov "Три белых коня", "Очи черные" və"Отцвели хризантемы" mahnıları ilə populyarlaşıb.

MənbəEdit