Təmir üçün İstanbula gələn “Streamline” yük gəmisi borc səbəbindən saxlanılıb, gəminin 11 rus ekipajı təxminən 2 aydır geri qayıtmayıblar.
Bu barədə Rusiya Dənizçilərinin Peşə Birliyinin sədri Aleksandr Rubtsov bildirib.
Rubtsov yük gəmisinin təmir üçün Moskva şəhərindən İstanbula getdiyini, gəminin daha sonra Rusiyaya geri dönəcəyinin planlaşdırıldığını deyib:
“Gəmi İstanbula gedəndə keçmiş sahibindən qalan borclar səbəbindən həbs olundu. Borcun məbləği təxminən 500 min dollardır. Gəmidə 11 ekipaj var, 9-u Moskva regionundandır. Təxminən 2 aydır gəmidən ayrılmırlar. Gəminin sahibi ilə əlaqə yaratmaq olmur”.