Wn/az/Pentaqon Konqresə Əfqanıstan müharibəsi ilə bağlı hesabat təqdim edib

< Wn‎ | az
Wn > az > Pentaqon Konqresə Əfqanıstan müharibəsi ilə bağlı hesabat təqdim edib


30 aprel 2011, Şənbə

Pentaqon Əfqanıstan müharibəsində konkret nailiyyətlər əldə edildiyini bildirir. Lakin Konqresə təqdim edilən hesabatda Müdafiə Nazirliyi taliblərin qüvvə toplaması və beynəlxalq qüvvələrin nəzarətində olan əraziləri ələ keçirməsi ilə nailiyyətlərin çətinliklə əldə edildiyini bildirir.

2010-cu ilin oktyabr və cari ilin mart ayı arasındakı müddəti əhatə edən sənəddə zorakılıqların vüsət aldığı deyilir. Pentaqon təhlükəsizlik məsuliyyətini üzərinə almağa hazırlaşan əfqan ordusuna kifayət qədər hərbi təlimlər verilmədiyindən şikayətlənib. Nazirlik siyasi durumun da nailiyyət əldə edilməsinə yardım etmədiyini deyib.

ABŞ prezidenti Barak Obamanın sərəncamına görə, Amerikanın Əfqanıstandakı qüvvələri iyul ayından başlayaraq ölkəni tərk edəcək.

Mənbə edit