Azərbaycan xəbərləri
- 27 August 2023: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 27 August 2023: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 4 July 2022: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 4 July 2022: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 2 March 2022: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
Azərbaycanın yerləşdiyi ərazi
Azərbaycandakı digər xəbərləri görmək, dəyişdirmək və ya başlatmaq üçün, Azərbaycan Portalına baxın.
- AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun Elmi seminarında dos.Elxan Məmmədbəyovun dos.Səidə Zeynalova ilə birgə hazırladığı “Palçıq vulkanizminin inkişaf etdiyi ərazi geosistemlərinin struktur morfogenetik xüsusiyyətləri və onların ətraf ərazi landşaftlarına təsiri” mövzusunda məruzəsi dinlənilib.
- Məruzəçi bildirib ki, tədqiqatın əsas məqsədi Böyük Qafqazın cənub-şərq hissəsində palçıq vulkanlarının yayıldığı müxtəlif təbii ərazi komplekslərində aerokosmik metod və müasir kompüter proqramlarının köməyi ilə onların morfogenetik, hipsometrik, geokimyəvi və s. elementləri ilə ətraf geosistemləri arasındakı qarşılıqlı əlaqənin daha mükəmməl üsullarla aşkar edilməsi və iri miqyaslı (1:25000 və 1:100.000) xəritələrin tərtibidir.
- Bu məqsədlə ərazinin müxtəlif landşaft tiplərində intensiv fəaliyyətdə olan palçıq vulkanlarının (Daşgil, Şahqaya, Çapılmış, Çeyildağ, Torağay, Axtarma, Paşalı, Dəmirçi və s.) morfometrik parametrləri öyrənilmiş və ətraf ərazilərin landşaftlarına təsiri müəyyən olunmuşdur.
- Palçıq vulkanlarının insanların həyat və təsərrüfat fəaliyyətinə, eləcə də infrastruktura təsiri araşdırılmışdır. Keyrəki, Quşçu, Hökməli, Bozdağ, Qobu və s. vulkanların yaxınlığında yaşayış məntəqələrinin olması xüsusilə təhlükəlidir. Bu barədə müvafiq qrumlara mütəxəssislər tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq yaşayış evləri vulkanlara yaxınlaşmaqda davam edir.