Wn/az/Nyu-Yorkun Qambino ailəsindən olan Frank Kali qətlə yetirilib

< Wn | az
Wn > az > Nyu-Yorkun Qambino ailəsindən olan Frank Kali qətlə yetirilib

14 mart 2019, Cümə axşamı

"Frank" və "Franki Boy" ləqəbləri ilə tanınan Frank Kali Nyu-York şəhərinin ən güclü cinayət ailələrindən biri olan Qambino ailəsinin başçısı idi.

Nyu-York Polis Departamentinin verdiyi bəyanata görə, 13 mart 2019-cu ildə o, Nyu-York şəhərindəki evinin həyətində qətlə yetirilmişdir.

53 yaşlı Frank Kaliyə 6 mart 2019-cu ildə Nyu-York ştatının ərazisinə daxil olan Staten-Aylend adasının Todt Hill rayonunda odlu silahla bir neçə dəfə atəş edilmişdir. O, ağır yaralar almışdı. 13 mart 2019-cu ildə o, xəstəxanada vəfat etmişdir.

Şahidlərin verdiyi məlumata görə, şəxsiyyəti bilinməyən qatil hadisə yerini göy rəngli bir avtomobillə tərk etmişdir.

Nyu-York ştatında yerləşən KİV-lər bunun 1985-ci ildən bəri şəhərdə mafia başçısına qarşı törədilmiş ilk sui-qəsddir.

Şahidlər qatilin Frank Kaliyə odlu silahla 6 dəfə atəş açdığını və hadisə yerini tərk etməzdən əvvəl onu avtomobili ilə əzdiyini bildirmişdir. Qambino ailəsinin üzvləri dərhal hadisə yerinə getmişdir.

Şəhər polisi "heç kəsi nəzarət altına almamışıq və istintaq davam edir" deyərək qatilin motivinin naməlum olduğunu bildilmişdir.

Nyu-Yorkda hansısa bir mafia başçısına qarşı son dəfə 1985-ci ildə sui-qəsd cəhdi olmuşdur ki, burada Con Qottinin əmri ilə yenə Qambino ailəsinin başçısı olan Pol Kastellano qətlə yetirilmişdir. Kastellanonun ölümündən sonra o, Qambino ailəsinə başçılıq etmişdir, ancaq 1992-ci ildə həbs edilmişdir. Qotti 2002-ci ildə həbsxanada vəfat etmişdir.

Qambino ailəsi ABŞ-ın ən güclü cinayət qrupu hesab edilirdi, ancaq Qotti və digər hakim simaların həbs edilməsindən sonra tənəzzülə uğramışdır.

Fransesko Kali ailəyə 2015-ci ildən bəri başçılıq edirdi.

Staten-Aylend adasının Todt Hill səmti cinayətlə olan əlaqəsi ilə şöhrət əldə etmişdir. Əlavə olaraq, 1972-ci ildə burada Xaç atası filminin çəkilişləri gerçəkləşmişdir.

Mənbə

edit